Nida.az
Kəlbəcər üçün mümkün olan ən yaxşı variant gözdən keçirilir - Deputat
“Prezident İlham Əliyevin tapşırığı ilə bütün işğaldan azad olunmuş rayonlar kimi Kəlbəcərin də baş planı hazırlanır. Baş plana əsasən rayon mərkəzində quruculuq işləri aparılacaq”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.
Deputat qeyd edib ki, Kəlbəcər rayonun baş planı hazır olduqda ictimaiyyətə təqdim olunacaq: “Rayonumuzda sakinlərimiz rahat yaşasın deyə plan üzrə işlər aparılır. Kəlbəcərdə tunelin tikintisi ilə bağlı işlər gedir və baş plan hazır olduqdan sonra geniş həcmli tikintilər başlayacaq. Enerji təminatı ilə bağlı da müvafiq qurumlar öz üstlərinə düşən öhdəlikləri yerinə yetirirlər”.
A.Məmmədov vurğulayıb ki, Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış muzey yenidən bərpa olunacaq: “Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi işğal dövründə ermənilər tərəfindən dağıdılıb və içərisində olan eksponatların çoxu Ermənistana aparılıb. Düşmən ölkə tərəfindən məscidlərimiz və tarixi abidələrimiz xüsusi vəhşiliklə dağıdılıb. Azərbaycan tərəfinə vurulmuş bütün ziyanların hesablanması prosesi davam edir. Bu işlər yekunlaşdıqdan sonra Ermənistan tərəfi vurduğu ziyana görə bizə təzminat ödəməli olacaq. Quruculuq işləri başladıqdan sonra Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi daha müasir formada bərpa olunmalıdır. Həmin muzey ermənilər tərəfindən xüsusi vəhşiliklə dağıdılıb, ancaq eksponatların bəziləri hələ də bizdədir və plan hazır olduqdan sonra həmin tarixi əsərlər Kəlbəcərə göndəriləcək. Yəni Kəlbəcər üçün mümkün olan ən yaxşı variant gözdən keçirilir”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır










.jpg)



























