Nida.az
Onların əziz xatirəsi daim yad ediləcək - Rafiq Əliyev
“1918-ci ilin 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə soydaşımız ermənilər tərəfindən qətlə yetirilib, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Azğınlaşmış erməni daşnak millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib, dinc əhalini vəhşicəsinə qətlə yetirərək, xalqımıza qarşı əsl soyqırımı törədib. 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz ata-baba torpaqlarından qovublar. 656 yaşayış məskəni xarabalığa çevrilib. 4 gün davam edən mart qırğınında təkcə Bakıda 12 mindən çox insan - qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib”.
Bunu Publika.az-a açıqlamasında YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib.
O əlavə edib ki, erməni cəlladlarının Şamaxıda, Salyanda, Qubada törətdikləri vəhşilik öz miqyasına görə bəşər tarixində baş vermiş faciələrin ən dəhşətlilərindən biridir: “Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülüb. Şamaxı qəzasında 120 kəndin 86-sı erməni təcavüzünə məruz qalıb, ümumilikdə isə bu qətliamlarda 24 minə yaxın soydaşımızın həyatına son qoyulub. Quba qırğınları zamanı şəhərdə 2900, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq insan qətlə yetirilib. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə yəhudi, ləzgi, avar və talış milliyyətinə, mənsubiyyətinə görə qılıncdan, süngüdən keçirilib, diri-diri yandırılıb. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verib”.
Rafiq Əliyev qeyd edib ki, Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram xarakterli sənədlərin böyük əhəmiyyəti var: “Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi. Onun 1998-ci ildə imzaladığı sərəncamla 31 mart ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycan xalqı müdrik rəhbərinin bu xidmətini həmişə minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət 18 ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uğurlu siyasət 2020-ci ildə öz bəhrəsini verdi. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan çox soydaşımızı öz ata-baba yurdunda qaçqına çevirən erməni daşnakları Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”nun zərbəsini hiss etdilər. Ordumuzun müzəffər əsgər və zabitləri 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, tarixi ədaləti bərpa etdilər, şəhidlərimizin qisasını aldılar. Bu gün fəxr edirik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır, tamlığı bərpa olunmuş sərhədlərimizi Azərbaycan əsgəri qoruyur. İllər keçəcək, əsrlər ötəcək, lakin erməni vəhşiliyi nəticəsində şəhid olmuş qəhrəman əsgərlərimizin, soyqırımıya məruz qalmış soydaşlarımızın əziz xatirəsi gələcək nəsillər tərəfindən unudulmayacaq, daim ehtiramla yad ediləcək”.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı