Nida.az
Soyqırımının tanıdılması üçün görüləsi işlər hələ çoxdur - DEPUTAT
“Bu gün Azərbaycanda 31 mart soyqırımının növbəti ildönümü qeyd olunur. 1918-ci il 31 mart azərbaycanlıların soyqırımından 104 il ötməsinə baxmayaraq biz bu faciəyə lazımi qiymət verilməsi üçün çalışmalıyıq. Bu gün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, əslində ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı aparılan genosid siyasəti tarixin bütün mərhələlərində özünü göstərib: “1918-ci il, 31 mart tarixi azərbaycanlıların soyqırımının zirvə nöqtəsidir. 31 mart öz mahiyyətinə görə soyqırımıdır. Çünki həmin gün Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlıları, türkləri, müsəlmanları siyasi mənsubiyyətinə fərq qoymadan bolşevik və daşnak qüvvələri kütləvi şəkildə məhv etdilər. Bu məhvetmə çox qəddarlıqla həyata keçirildi. Hamilə qadınların bədənlərinə süngülərin vurulması, qocaların, qadınların, uşaqların kütləvi şəkildə məhv edilməsi, təndirə atılaraq yandırılması, su quyularına doldurulması, əzalarının kəsilməsi, insanların təhqir olunması, bütün bunlar amansızlıqla həyata keçirilib”.
M.Qasımlı vurğulayıb ki, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində mart hadisələrinə soyqırımı olaraq qiymət verilib: “31 mart hadisələrinə ən düzgün qiyməti 1998-ci 26 mart tarixli fərmanı ilə Ulu öndər Heydər Əliyev verib. Mahiyyətinə görə bu fərman o dövrə qədər olan bütün kütləvi qırğınların, soyqırımlarının tələblərini, gedişini, istifadə metodlarını və nəticələrini açır. Ötən illər ərzində 31 mart soyqırımının tanıdılması ilə bağlı ölkəmizdə böyük işlər görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada Soyqırımı Muzeyi inşa edilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun gördüyü işlərdən biri də 31 mart soyqırımının dünyada tanıdılması olub. Müxtəlif beynəlxalq konfranslar keçirilib, kitablar, kitabçalar nəşr edilib. Ölkəmizdə çoxlu tədqiqat işləri aparılıb. Lakin təbiidir ki, görüləsi işlər hələ çoxdur”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






