Nida.az
Bu sahədə Azərbaycanın tərəfdaşı olmağa hazırıq - Heikens
"Minatəmizləmə prosesi ilə bağlı müvafiq monitorinq və qiymətləndirmə işləri aparılmalıdır. 2021-ci ildən UNICEF Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Təhsil Nazirliyi və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə risk təlimləri təşəbbüsləri həyata keçirir".
Publika.az xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heikens Bakıda keçirilən "Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri" mövzusunda beynəlxalq konfransda bildirib.
A.Heikens qeyd edib ki, risk təlimləri Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən maliyyələşdirilir: "Hesab edirəm ki, bu tövsiyələr Azərbaycan kontekstində də faydalı ola bilər. Məcburi köçkünlərin qayıdışı fonunda növbəti illərdə minaların və partlamamış sursatların təhlükəsi riski artacaq. Beləliklə, risk təlimlərinin önəmi daha da ön plana çıxacaq. Biz sizin bu sahədə tərəfdaşınız olmağa hazırıq".
UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin sözlərinə görə, artıq 30 ildir ki, təşkilat maarifləndirmə və risk təlimləri fəaliyyətinə cəlb olunub: "Dünyanın bir çox yerində mina təhlükəsi riski ilə bağlı fəaliyyət göstəririk. Bir çox dövlətlərdə risk faktorlarının müəyyən edilməsi sistemi zəifdir, yaralanmış insanların statistikaları yoxdur. Bəzən yaş kateqoriyaları və digər önəmli kateqoriyalar nəzərə alınmır. Bu məsələdə icmaları dinləmək və onların mənalı iştirakını təmin etmək çox vacibdir. Bütün risk təlimlərinə və risk qiymətləndirilməsi prosesinə icmaları cəlb etməli, onlarla əməkdaşlıq etməli və dinləməliyik. Söhbət bir neçə ildən getmir. 10 ildən çox işdən gedir. Eyni zamanda risk təlimlərini digər sektorlarla inteqrasiyalı şəkildə etmək lazımdır. Bu məsələdə qeyri-şablon yanaşmalar seçilməlidir. Davranış dəyişikliyini minimallaşdırmaq üçün risk təlimləri müxtəlif kanallarda uzunmüddətli aparılmalıdır. Risk təliminin müvəffəqiyyəti davranışın dəyişməsi ilə ölçülməlidir. Eyni zamanda burada koordinasiyanın da önəmi var. Təkrarçılıqdan qaçmaq lazımdır. Xüsusilə də növbəti illərdə bu qaydalar əsas tutulacaq".
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp






.jpg)
























.jpg)



.jpg)

