Nida.az
Azərbaycan tolerantlıq mərkəzidir - RƏY
“Son illər Qərbdə milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı bir sıra neqativ meyillər müşahidə olunur. Eyni zamanda milli-dini ayrı-seçkilik fonunda miqrantlara qarşı xüsusi təpkilər nəzərə çarpır və mühacir həyatı yaşayan şəxslərin sıxışdırılması geniş miqyas alır. Həmçinin hazırda dünyada baş verən köç halları ilə əlaqədar daxili ictimai-siyasi mühitdə neqativi daha da genişləndirmək istiqamətində məsələlər siyasiləşdirilir”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, miqrantlara qarşı çıxış edən siyasi partiyalar formalaşdırılır və keçirilən seçkilərdə yüksək səs faizi toplayırlar: “Bu isə miqrantlara qarşı dövlətin siyasəti ilə yanaşı olaraq elektorat arasında da bu kimi meyilləri və tendensiyaları dəstəkləyən qüvvələrin çoxluğundan xəbər verir. Bu da çox mənfi bir haldır. Ümumilikdə dini dözümsüzlük və ksenofobiya halları sonda ekstremizmə, həmçinin radikalizmə çevrilir. İdarəolunmaz xaos və anarxiya halları bu səbəbdən daha da genişlənir. Radikal və ekstremist meyilli siyasi partiyalar isə tamamilə dağıdıcı mahiyyət daşıyır. Bu baxımdan ölkəmizin millətlərarası, dinlərarası və sivilizasiyalarası təmas mərkəzinə çevrilməsi bütün dünya tərəfindən təqdir olunur. Ümumilikdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı prosesi çərçivəsində keçirilmiş müxtəlif tədbirlər, silsilə simpoziumlar, forumlar dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verib”.
İ.Hüseynov vurğulayıb ki, Azərbaycanda dəfələrlə müxtəlif dinlərin və mədəniyyətlərin birgə harmoniya şəklində fəaliyyət göstərməsi istiqamətində tədbirlər həyata keçirilib: “Bu tədbirlərdə məşhur kulturoloqlar, din xadimləri və müxtəlif cərəyanları təmsil edən qüvvələr iştirak ediblər. Onların da vahid mövqeyi bundan ibarət olub ki, Azərbaycan tolerantlıq və multikulturalizm mərkəzidir. Əhalinin əksəriyyətinin İslam dininə etiqad etməsi fonunda ölkəmizdə bütün dini, milli, mədəni abidələr qorunur və onlara böyük qayğı ilə yanaşılır. Çünki bu, xalqımızın çoxəsrlik tolerantlıq düşüncəsindən irəli gəlir. Azərbaycan bütün dünyada yaşanan neqativ hallar fonunda həm də həqiqətlərdən ibarət tarixə söykənən, dərin, fəlsəfi düşüncələri özündə ehtiva edən dini təhsili də artırmalıdır və bu sahədə məhz İlahiyyat İnstitutunun həm yaradılması, həm də fəaliyyəti xüsusi diqqət çəkir. Bu istiqamətdə fəaliyyətin daha da dərinləşdirilməsi ölkəmizin milli maraqlarına uyğunluq təşkil etməklə yanaşı, həm də mənəvi təhlükəsizliyinin təmin olunmasına yardımçı olur”.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır







.jpg)


























.jpg)

.jpg)