Nida.az
Ədalət kimin tərəfindədirsə, sonda o da qalib gəlir - Deputat
“Təəssüf ki, dünyada ikili standartlar davam etməkdədir. Bu ikili standartlardan ən çox əziyyət çəkən də Azərbaycan olub. Torpaqlarımız 30 il işğal altında qalıb. Beynəlxalq təşkilatlarda ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına dəstək verən qətnamələri qəbul olundu. Bir milyon qaçqın və köçkünümüz çətin şəraitdə yaşadı. Ermənilər işğal altında saxladıqları ərazilərimizdəki təbii ehtiyatları talan etdilər. Naxçıvan blokadaya salındı, 15 il qazsız qaldı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, heç bir beynəlxalq güc və təşkilat ermənilərin vəhşi əməllərindən əziyyət çəkən azərbaycanlılar haqqında bir kəlmə belə danışmadı: “Yəni bunlar üçün elə bil ki, azərbaycanlılar ikinci dərəcəli insan hesab olunurdu. Dünya ictimaiyyətinin belə etinasız yanaşmalarına baxmayaraq Azərbaycan özünün pozulmuş hüquqlarını öz gücü ilə bərpa etdi. İndi də biz işğaldan azad olunmuş ərazilərimizi yenidən qurub bərpa edirik. Ermənilər 30 ildə işğal altında saxladıqları ərazilərimizdəki yaşayış məntəqələrini yerlə yeksan etdilər. Bu gün isə heç bir beynəlxalq təşkilat Azərbaycana yenidənqurma və bərpa işlərinə yardım göstərmək təşəbbüsü ilə çıxış etmir”.
A.Badamov vurğulayıb ki, halbuki dünya praktikasında belə hallar mövcud olub: “Biz isə tamamilə bütün bunların əksini görürük və deyə bilərəm ki, çox ədalətsiz dünyada yaşayırıq. Məsələn, iki gün qəza səbəbindən Xankəndinə qazın verilməsi dayanan kimi müəyyən dairələr ermənilərin böyük humanitar problemlə üzləşdiyini ifadə edirlər. Təbii ki, belə ikili yanaşmalara öyrəşmişik. Amma biz həmişə ədaləti dəstəkləmişik və sonda da ədalət kimin tərəfindədirsə, o da qalib gəlir. Biz bunu döyüş və siyasi meydanda sübut etmişik”.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp






.jpg)
























.jpg)



.jpg)

