Nida.az
Bu, tarixi saxtalaşdırmaqdır - General
“ABŞ prezidenti Bayden həm yalan danışır, tarixi təhrif edir, həm də Ağ Ev sözçüsünün ötən gün dediyi sözü təkzib edir. Belə ki, Bayden Ukraynada yaşanan hadisələrlə əlaqədar “bu, bir soyqırımıdır” deyə açıqlama verib, daha sonra isə Ağ Ev sözçüsünə bu fikirlə əlaqədar sual veriləndə sözçünün “buna məhkəmələr qərar verə bilər” cavabı onların öz prezidentlərinin fikirlərini yalanladığını göstərdi. Eyni fikri Fransa Prezidenti Emmanuel Makron da ifadə edərək bildirib ki, soyqırımı olub-olmadığına məhkəmələr qərar verməlidir”.
Bunu Publika.az-a açıqlamasında türk general Yücel Karauz deyib.
General bildirib ki, Bayden daxili siyasətində ermənilərdən istifadə etdiyi üçün keçən il köçürmə siyasəti ilə əlaqədar “soyqırımı” ifadəsindən istifadə edib: “Baydenin istər ötən il, istərsə də bu il verdiyi açıqlamalar qərəzli və ikili standartlara söykənən açıqlamalardır. Çünki sözügedən tarixlərdə Osmanlı dövlətində 1,5 milyon erməni yaşamayıb. Həmin dövrdə ermənilərin sayı 900 min civarında idi və 900 mindən təxminən 300 min nəfəri həm Qafqaza, həm də Avropaya, Amerikaya köç ediblər. Dolayısı ilə həmin tarixlərdə köçürülən ermənilərin sayı təxminən 500-600 min nəfər təşkil edir. Məhz buna görə də iddia edildiyi kimi 1,5 milyon erməninin “soyqırımına” məruz qalması mümkün deyil”.
Y.Karauz vurğulayıb ki, tarixdə soyqırımı axtaranlar öz keçmişlərinə baxmalıdırlar: “Hazırda məşkunlaşdıqları qitədə həmin qitənin yerliləri olan qızıl dərililəri soyqırımına məruz qoyan elə onların özləridir. Türkiyənin ermənilərlə əlaqədar tarixi gerçəkliklərin araşdırılması üçün arxivlərin açılması müraciətinə baxmayaraq, bu addımına erməni tərəfindən bir qarşılıq görə bilməyib. Təbii ki, köç zamanı o günün şərtləri daxilində həyatını itirən ermənilər olub. Lakin bunu soyqırımı adlandırmaq tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Baydenin və Makronun da dediyi kimi, tarixi siyasətçilər yox, tarixçilər yazmalıdır. Ortada bir soyqırımı varsa, buna da məhkəmələr qərar verməlidir”.
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi



























.jpg)
.jpg)




