Nida.az
Bu, sülh müqaviləsi üçün baza rolunu oynaya bilər - Politoloq
“Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşündən sonra bir sıra proseslər baş verib. Eyni zamanda Rusiya regionda öz aktivliyini artırmaq üçün təşəbbüslər həyata keçirir. Biz həmçinin Azərbaycanla təmasların qurulmasının şahidi oluruq. 2021-ci ilin 11 yanvar tarixində Moskvada imzalanmış bəyanat əsasında fəaliyyət göstərən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə komissiyanın Rusiya tərəfdən olan həmsədri Aleksey Overçuk Bakıya səfər edib. Eyni zamanda ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə İqor Xovayev də Bakıda olub”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq qeyd edib ki, Brüssel sülh gündəliyi ilə paralel olaraq Rusiya regionda aktivliyini artırmaqda israrlıdır: “Bütün bunlarla yanaşı, Ermənistanda həm də Artur Vanetsyanın rəhbərliyi altında nümayişlər həyata keçirilir və onlar hakimiyyətin istefasını tələb edirlər. Sayları çox olmasa da, davamlı olaraq kütləvi etirazların baş verməsi Ermənistanın daxili ictimai-siyasi həyatında olan gərginlikdən xəbər verir və burada müxtəlif vasitələrdən də istifadə edirlər. Ənənəvi olaraq narazı əsgər anaları nümayişlərin baş rolunda iştirak edirlər. Rusiya tərəfi isə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olunmasına çalışmalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı işlər həyata keçirməlidir. Artıq aprel ayının sonudur və sərhədlərarası komissiyanın çağırılması, onun mandatının müəyyənləməsi ilə yanaşı, təhlükəsizlik zəmanətləri də həyata keçirilməlidir”.
İ.Hüseynov vurğulayıb ki, artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iki dəfə təmas həyata keçirilib: “Birbaşa əlaqələrin mövcud olması göstərir ki, dialoq qurmaq olar, konstruktiv əməkdaşlıq üçün zəmin mövcuddur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Regionda maraqları olan bütün dövlətlər sülhün və təhlükəsizlik arxitekturasının daha da güclənməsinə xidmət etməlidirlər. Qeyri-konstruktiv yanaşma və sülhə xələl gətirən addımlar yalnız gərginliyin yaranmasına səbəb olur. Bu xüsusda qeyd etmək lazımdır ki, Azərbaycan sülhün qorunmasının tərəfdarı kimi çıxış edir. Ermənistana təklif olunmuş 5 maddəlik təklif də məhz sülhü və əməkdaşlığı ehtiva edir. Ermənistan tərəfindən bu təkliflərin qəbul olunması sülh müqaviləsi üçün baza rolunu oynaya bilər. Buna görə də Azərbaycan sülh quruculuğu və Ermənistanın sülhə məcbur edilməsi prosesində diplomatik resurslarını səfərbər edib”.
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi







.jpg)
.jpg)














.jpg)












