Nida.az
UNESCO öz niyyətini ortaya qoydu - Şərh
“Müasir beynəlxalq münasibətlərin ikili standartlı prinsiplər üzərində qurulması artıq heç kəsdə şübhə doğurmur. Böyük dövlətlərin oxşar situasiyalara münasibətdə selektiv yanaşma sərgiləmələri artıq adi hala çevrilib. Təəssüf ki, dünyada bu cür neqativ hallara ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qalıb: “Baxmayaraq ki, digər ölkələrlə bağlı çıxarılan qətnamələr dərhal qüvvəyə minib və müvafiq ölkələrə qarşı ciddi cəza tədbirləri görülüb. Amma təəssüflər olsun ki, analoji yanaşmaları Ermənistana münasibətdə görə bilmədik. Əksinə, işğalçını daha da azğınlaşdıran ritorika sərgiləndi. Biz beynəlxalq hüquqa söykənərək Ermənistana sanksiyaların tətbiqini tələb edirdik, amma beynəlxalq birlik bu ölkə ilə əməkdaşlığa üstünlük verir, bəzi hallarda hətta onun silahlanmasına dəstək göstərməkdən çəkinmirdi. Nəticədə düşmən daha da azğınlaşaraq “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə çıxış etməyə başladı. Bəli, dəmir yumruğumuz düşmənin başını əzdi, amma hadisələrin bu səviyyəyə gəlib çıxmasında beynəlxalq birliyin də az günahı yoxdur. Xüsusən, Minsk qrupunun həmsədrləri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına rəvac verən ritorika sərgiləməklə müharibənin qaçılmaz olmasına baiskar oldu. Dövlətimizin başçısı da çıxışında haqlı olaraq vurğuladı ki, onların mövqeyi ilə Ermənistanın mövqeyi üst-üstə düşürdü. Hər iki tərəf işğalı stimullaşdırmağa çalışırdı. Məsələnin ən paradoksal tərəfi də odur ki, başqa heç bir məsələdə kompromis variant tapa bilməyən həmsədrlər “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı eyni mövqedən çıxış edirdilər. Çünki hər 3 ölkədə dərin kök salmış erməni lobbisi siyasi qərarvericilər üzərində böyük təsir imkanına sahib idilər”.
C.Əhmədli vurğulayıb ki, Azərbaycan 30 illik işğal dövründə dəfələrlə UNESCO-nu monitorinq aparmaq üçün işğal altındakı torpaqlara dəvət edib: “Çünki tarixi irsimiz, mədəniyyət və dini abidələrimiz erməni vandalları tərəfindən yer üzündən silinmişdi. Biz həmin faktların beynəlxalq səviyyədə sənədləşdirilməsini istəyirdik. Amma dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, təşkilat bu missiyadan qaçdı. Bəhanə kimi isə onu gətirdilər ki, guya bunlar siyasi məsələlərə qarışmırlar. Amma 44 günlük müharibədən sonra UNESCO birdən-birə Qarabağa səfər etmək niyyətini ortaya qoydu. Səbəb kimi isə guya “erməni mədəni irsinin təhlükə altında olması” arqumentini gətirdi. UNESCO siyasi bir təsisat olduğunu bu addımı ilə nümayiş etdirdi. Təşkilat ikili standartlı prinsiplər əsasında işlədiyini bir daha ortaya qoydu. UNESCO əgər obyektiv bir təşkilat olduğunu sübut etmək istəyirsə, işğal dövründə 67 məscidimizdən 65-nin erməni vandalları tərəfindən dağıdılması faktını sənədləşdirsin, yer üzündən silinən mədəni irsimizlə bağlı hesabat hazırlasın və s. Azərbaycan xalqı yalnız bundan sonra sözügedən təşkilatın səmimiliyinə inana bilər”.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































