Nida.az
Bu, ikili standartların bariz nümunəsidir - Politoloq
“Bəzi dövlətlər və bəzi dövlətlərdəki müəyyən qruplar tərəfindən ölkəmizə qarşı ciddi şəkildə təzyiqlərin edildiyini müşahidə edirik. Azərbaycan hər zaman öz daxili və xarici siyasətində demokratiyaya, ədalətlilik prinsiplərinə üstünlük versə də, bizə qarşı ikili standartlar hələ də davam edir. Görünür, Azərbaycan rəhbərliyinin apardığı müstəqil daxili və xarici siyasət bir çoxlarının xoşuna gəlmir. Hazırda “5-ci kolon” fəallarının ciddi şəkildə aktivləşməsinin də şahidi olur, onların hansısa problemlərlə üzləşmələri və bu problemlərə siyasi don geyindirmələrini də görürük”.
Bunu Publika.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.
Ekspert əlavə edib ki, bütün bunların fonunda xaricdəki müəyyən qurumlar tərəfindən müxtəlif bəyanatlar verilir: “Belə ki, ABŞ-ın “National Endowment for Democracy” fondunun Azərbaycana 2022-ci il üçün ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970,235 dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Burada xüsusi məqam ondan ibarətdir ki, həmin fondun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd də var. Biz isə artıq son 2-3 həftədir görürük ki, Qərbin bəzi fəalları və onlara yaxın olan çevrələr tərəfindən yenidən bu kimi məişət məsələlərinə siyasi don geyindirilir. Belə olan halda sadə bir Azərbaycan vətəndaşını maraqlandıran sual isə ondan ibarətdir ki, bəs Ermənistanda baş verən hadisələrlə bağlı niyə dünya susur?!”
Politoloq qeyd edib ki, biz Ermənistanda aksiyalara imkan yaradılmadığını və bu aksiyaların kütləviliyinə qarşı çıxıldığını görürük: “Aksiyaların yatırılmasında həm bürokratik, həm də güc yolundan istifadə edilir. Bu aksiyalarda iştirak edən dövlət qurumu çalışanları işdən azad edilirlər. Hətta özəl şirkətlərə, korporasiyalara, firmalara xəbər edilir ki, onların işçiləri aksiyalarda iştirak edərsə, dərhal işdən azad edilsinlər. Bununla bağlı universitet rektorlarına da gənclərin dərslərdən buraxılmaması və dərs vaxtlarını uzatmaları barədə təlimatlar verilib ki, onlar dərslərdən sonra müxalifətin aksiyalarına qoşulmasınlar. Biz həmçinin toxunulmazlığı olan millət vəkillərinin belə zorakılıqla polis avtomobilinə doldurularaq həbs edildiklərinin şahidi olmaqdayıq. Bu hadisələrə demokratiya və insan hüquqları üzrə ixtisaslaşmış təşkilatlar və yaxud özünü liberal dəyərlərin carçısı və daşıyıcısı hesab edən dövlətlər susmaqda davam edirlər. Bu, ikili standartların ən bariz nümunəsidir”.
Z.Məmmədov vurğulayıb ki, əgər bu kimi yanaşmalar Azərbaycana qarşı davam etdirilərsə, bu qurumlarla Azərbaycan arasındakı münasibətlərə xələl gələcək: “Biz ötən 30 il ərzində də sübut etmişik ki, bərabərtərəfli əməkdaşlığın tərəfdarıyıq və Azərbaycan hər zaman istər təhlükəsizlik, istər kommunikasiya, energetika, istərsə də insan hüquqları məsələlərində lazım olan yerdə lazım olan sözləri deyir. Lakin təəssüf ki, biz Ermənistana və Azərbaycana qarşı olan münasibətlərdə bir-birilə uzlaşmayan münasibətlərin şahidiyik. Rəsmi Bakı tutduğu ədalətli mövqeyini davam etdirəcək. Söhbət azad söz və demokratiyadan gedirsə, o zaman Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra oraya tez bir şəkildə məcburi köçkünlərin qayıtması ilə bağlı proqramlara dəstək verilməsi, hələ də üçtərəfli bəyanatın yerinə yetirilməməsi ucbatından qaçqınların öz yurdlarına qayıda bilməməsi, bütün bunlara görə dinc və sakit həyatın hökm sürməməsini qabartmalıdırlar”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO