Nida.az
Azərbaycan-Türkiyə qardaşlığı: dünyaya nümunə, türk dünyasına ümid
Prezident İlham Əliyev Türkiyədə səfərdədir. Səfərin məqsədi dəniz üzərində inşa edilən nəhəng layihənin – Roze-Artvin Hava Limanının qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanla birlikdə açılışını etməkdir.
Dünyada bir ölkədə yenilik kimi qarşılanan Hava Limanı, yaxud hansısa infrastrukturun açılış mərasiminin başqa ölkənin prezidentinin iştirakı ilə keçirilməsi az qarşılanan hadisədir. Yalnız Azərbaycan və Türkiyə kimi qardaş ölkələrin liderləri belə mərasimləri birlikdə iştirak edirlər və bu, iki ölkənin qardaşlığından, hər iki ölkə liderinin də qardaşlıq münasibətlərindən irəli gəlir.
Bundan öncə Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi qadaşlıq münasibətlərindən qaynaqlanan addım idi.
Vətən müharibəsində Azərbaycana sona qədər siyasi dəstək verən qardaş Türkiyənin Prezidenti 30 il sonra işğaldan azad edilən torpaqlara səfər edən ilk xarici dövlət lideri oldu. Azərbaycan və Türkiyə liderlərinin Şuşada imzaladıqları “Şuşa Bəyannaməsi” iki qardaş ölkənin müttəfiqlik münasibətlərinin rəsmiləşməsi, həm də tariximizdə yeni mərhələ oldu.
Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanan Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirmədi, eyni zamanda, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
Hər iki lider – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan rəhbərlik etdikləri ölkələrin, lideri olduqları xalqın gələcəyi naminə mühüm siyasət həyata keçirir.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünü bərpa etdi, iqtisadi-sosial məsələlərdən tutmuş qüdrətli ordunun yaradılmasına qədər bütün sahələr üzrə tarixi inkişafının zirvəsinə yüksəldi.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bütün sahələrdə yüksək inkişafı yolunu keçdi və dünyanın aparıcı ölkələrindən birinə çevrildi. Bu gün Türkiyə dünya gücü olmaq istiqamətində inamla addımlayır.
Lideri olduqları ölkələrin milli maraqlarına uyğun siyasət yürüdən Əliyev və Ərdoğan eyni zamanda bütün türk dünyasının birləşməsində, birgə gələcəyin inşa edilməsində həlledici liderlərdir. Məhz Ərdoğan və Əliyevin ağıllı strategiyası, həyata keçirdiyi siyasəti nəticəsində türk dünyası heç olmadığı qədər inteqrasiya olub, Türk Dövlətləri Təşkilatı yaradılıb.
Proseslər təsdiq etdi ki, Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının əsiri olacaq” tarixi sözləri təsadüfi deyildi və hazırda Əliyev-Ərdoğan qardaşlığı bütün türk dünyasının birləşməsi, güclənməsi, güc mərkəzinə çevrlə bilməsi istiqamətində inamla addımlayır.
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu

























