Nida.az
Nuru Paşanın adına Gəncədə küçə verilməsi... - Öztürk
“Nuru Paşa Azərbaycan üçün tarixi şəxsiyyətdir, bu ölkədə onu çox sevirlər. Onun adının Gəncədə böyük prospektlərin birinə verilməsi və Bakıda heykəlinin ucaldılması arzuolunandır”.
Publika.az xəbər verir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk ictimaiyyətin müxtəlif təbəqələrinin Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı çağrışlarına münasibətində söyləyib.
Azərbaycanın 1918-ci ildə elan dövlətinin sərhədlərinin yaranmasında Nuru Paşanın müstəsna rolunun olduğunu deyən Zəki Öztürk onun Azərbaycana gəlişini də xatırladıb: “O zaman Nağı Bəy Şeyxzamanlının Ənvər Paşaya xahişi ilə Nuru Paşa buraya gəldi. Gəncədən başlanan savaşda 13 şəhid verildi. Biz ötən həftə həmin şəhidlərin abidəsi üçün Gəncədə təməl qoyduq. Bu gün Nuru Paşanın adına Yevlaxda küçə var. Ancaq hesab edirəm ki, Gəncədə də onun adına böyük prospektlərdən biri verilsə yaxşı olardı. Mən bunu Gəncənin rəhbərliyi ilə də müzakirə etmişəm. Ümid edirəm ki, həm onun adına prospekt verilməsi, həm də Bakıda heykəlinin qoyulması Azərbaycan xalqının ona olan sevgisinin rəsmi isbatı olardı”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)

.jpg)