Nida.az
NATO geosiyasi ambisiyalarını ortaya qoyur - Politoloq
“İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanıb. Skandinaviya ölkələrinin Şimali Atlantika Alyansına üzvlüyü Türkiyə üçün qəbuledilən deyil. Çünki həmin dövlətlər PKK/PYD-YPG terror təşkilatına dəstək nümayiş etdiriblər. Bu baxımdan hərbi-siyasi blok hesab olunan NATO-da üzvlük bir sıra xüsusi meyarlar əsasında təşkil olunmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə geniş şəkildə Yunanıstan və Fransanın NATO-ya üzvlüyü və üzvlükdən çıxması barədə məsələyə də toxunub”.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, Türkiyə NATO-da ikinci böyük orduya malikdir: “Yaxın Şərq regionunda təhlükəsizliyin və sülhün qorunması istiqamətində mühüm təşəbbüsləri var və NATO-da əsas söz sahiblərindəndir. Mühüm geosiyasi aktora çevrilən rəsmi Ankaranın bu xüsusda öz tələbləri var və bu tələblər çoxşaxəlidir. Həm terror təşkilatlarına maliyyə yardımının dayandırılması, həm də hesabatlılığın, şəffaflığın təmin olunması Türkiyə üçün əsas meyarlar kimi götürülüb. Nəzərə almalıyıq ki, bu həftə Finlandiya və İsveçdən nümayəndə heyəti Ankaraya səfər edəcək. Cənab Ərdoğan bunu Türkiyənin razılığının alınması istiqamətində edilən səfər kimi qiymətləndirib. Eyni zamanda ABŞ, Böyük Britaniya kimi dövlətlər də rəsmi Ankara ilə təmaslar qurub və bu təmaslarda əsas müzakirə mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi, həmçinin rəsmi Ankaranın qərarıdır. Bir sıra tələblər KİV-lərdə də dərc olunub və bu tələblər bir çox sahələri əhatə edir. Türkiyə yalnız bu tələblər yerinə yetirildiyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxmayacaq. NATO konsensus şəklində fəaliyyət göstərən bir hərbi blokdur və üzvlərdən birinin veto hüququ ilə çıxış etməsi bütün prosesi poza bilir”.
İ.Hüseynov vurğulayıb ki, Türkiyə kimi böyük və güclü dövlətin İsveç və Finlandiyaya qarşı veto hüququndan istifadə etməsi bu dövlətlərin bloka daxil olması yolunu bağlayacaq: “Təhlükəsizlik nöqteyi-nəzərdən hər iki dövlət NATO-ya üzv olmaqla özünü sığortalamağa çalışır. Belə bir ehtimal var ki, Rusiya İsveç və Finlandiyaya da hücum edə bilər. NATO da yaranmış vəziyyətdən özü üçün dividendlərlə çıxmağa, Şərqə doğru genişlənmə planını icra etməyə çalışır. NATO həm də neytrallığını illərdir qoruyan bu iki dövləti üzvlüyə cəlb etməklə geosiyasi ambisiyalarını ortaya qoyur”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)

























.jpg)


