Nida.az
104 illik müstəqillik yolu: kimlər müstəsna rol oynadı?
Sabah 28 May Müstəqillik Günüdür. Dövlət müstəqilliyimizin 104-cü ili tamam olur. 104 il ərzində milli dövlətçilik tariximiz böyük, eyni zamanda çətin sınaqlardan alnıaçıq çıxıb. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra müstəqillik yolunda Azərbaycan iri addımlarla irəliləməyə başladı. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında müstəsna rol oynadı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağının qaldırılmasına nail oldu.
Daha sonra Ümummilli lider Heydər Əliyev 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” sərəncam imzaladı. 2007-ci ilin 25 mayında isə Prezident İlham Əliyev İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışını etdi. 2020-ci ilin 8 noyabrında Azərbaycan bayrağı 28 ildən sonra Şuşada dalğalandı.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Publika.az-a açıqlamasında bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı müsəlman şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyini elan etdi. Deputatın fikrincə, Azərbaycan xalqının qədim dövlətçilik ənənələri var idi:
“Cümhuriyyətin elan edilməsi ilə respublika məfkurəsi, idarə üsulu müsəlman şərqi xalqları arasına gətirildi. Azərbaycan xalqı dövlət milləti oldu. Cümhuriyyətin yaradılması əhəmiyyətinə görə Azərbaycanın coğrafi-siyasi sərhədlərini aşırdı və beynəlxalq əhəmiyyət daşıyırdı. Qısa müddət ərzində Azərbaycan dövlət hakimiyyəti orqanları yaradıldı. Cümhuriyyətin yaradılması əgər 1918-20-ci illərin Azərbaycan tarixinin əhəmiyyətinə görə birinci hadisəsi idisə, ikinci ən böyük hadisə Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi, üçüncü böyük hadisə isə dövlət müstəqilliyimizin tanınması oldu. Azərbaycan Xalq Cümhuriyyəti əlverişsiz beynəlxalq şərait və bolşevik Rusiyasının işğalı nəticəsində süquta uğradı”.
Deputat düşünür ki, süquta uğramasına baxmayaraq, Cümhuriyyətin çox böyük tarixi əhəmiyyəti oldu:
“Əgər Cümhuriyyət qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası da mövcud olmazdı. 1920-ci ilin aprelində Azərbaycan işğal edildikdən sonra müstəqil dövlətin varlığına son qoyulsa da, dövlətçiliyin bəzi atributları saxlanıldı. Yəni sistemdən, ideologiyadan asılı olmayaraq, Azərbaycan SSR-in hökuməti, qanunverici orqanı var idi. Amma bu, müstəqil dövlət deyildi. Cümhuriyyətin üçrəngli bayrağı rəsmi şəkildə ilk dəfə 1990-cı ilin noyabrın 17-də Ulu öndər Heydər Əliyevin deputat olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasına sədrliyi zamanı qəbul edildi”.
Professor Musa Qasımlı qeyd edib ki, “Muxtar Sovet Sosialist Respublika”dan “Sovet Sosialist” ifadələri çıxarıldı, Naxçıvan Muxtar Respublikası adlandırıldı:
“Eyni zamanda, “Ali Sovet”in əvəzinə “Ali Məclis” adlandırıldı. Cümhuriyyətin üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul edildi. Bu bayrağın qəbul edilməsi sadəcə bir fakt deyildi. Cümhuriyyət müstəqillik rəmzi idi. O bayraq müstəqilliyi ehtiva edirdi. Sovet dövləti isə müstəqilliyimizin əleyhinə idi. SSRİ-nin sovet sisteminin mövcud olmasına baxmayaraq, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda qəbul edilməsi ilə Naxçıvan Muxtar Respublikası müasir, müstəqil Azərbaycan dövlətinin rəsmi şəkildə təməlinin atıldığı yer oldu. Cümhuriyyət tariximizin sistemli şəkildə öyrənilməsi 1998-ci ildə Heydər Əliyevin imzaladığı fərmanla gerçəkləşdi. Sonra da cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə İstiqlaliyyət küçəsində cümhuriyyət xadimlərinin şərəfinə istiqlal abidəsi qoyuldu. Bu gün cümhuriyyət xadimlərinin ruhu şaddır. Onların arzuladıqları güclü Azərbaycan dövləti qurulub. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuz işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxarıb. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanır. Cümhuriyyət tarixi bizə göstərir ki, millətimizin inkişafının təməlində sabitlik və güclü dövlət, güclü rəhbəri amili dayanır”.
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...