Nida.az
Paşinyanı sülhə gətirəcək amillər - TƏFƏRRÜAT
“Əslində baş nazir Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanda baş verən proseslərin proqnoz nəticələrini elan elədi. Özü də “provakator” olmasına baxmayaraq, əslində birmənalı şəkildə bütün məsələləri Sarkisyan-Koçaryan duetinin üzərinə yıxdı. Amma ondan da qabaq Levon ter Petrosyanın da dövründə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən rəsmən tanınmışdı. Çünki 1992-ci ilin martın 2-də Azərbaycan və Ermənistanı BMT-yə bütöv ərazi ilə qəbul etmişdilər. Biz onların, onlar da bizim ərazi bütövlüyümüzü tanımışdılar. Amma digər tərəfdən, Azərbaycan Ermənistanı hələ dövlət kimi də tanımayıb. Ermənistan bunu da çox gözəl başa düşür”.
Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Azərbaycanı dünyada qəbul etməyən dövlət Ermənistandırsa, Ermənistanı qəbul etməyən bir sıra ölkələr mövcuddur: “Onların arasında Türkiyə, Pakistan və digər dövlətlər var. Həmin dövlətlər hələ də Ermənistanın müstəqilliyini tanımırlar. Belə bir şəraitdə Nikol Paşinyanın son bəyanatları özünümüdafiə instiktidir. Eyni zamanda, yaxın vaxtlarda Ermənistanın həyata keçirəcəyi məsələləri gündəmə gətirir. Bu kimi açıqlamaların pərdəarxası məqamları var. İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana gəldi. Türkiyənin Ermənistana mesajlarını çatdırdı. Ermənistan bu mesajlardan sonra bu qədər “geniş açılım”a getdi. Əldə edilən nəticələr iyunun 23-24-də Lavrovun Bakı səfəri zamanı razılaşdırılacaq. Amma görünən odur ki, Ermənistanda əksər qüvvələr bunu başa düşür. Çünki Paşinyan bildirdi ki, müxalifət 1000-2000 nəfərlə etiraz etsə də, fikrimizi dəyişməyəcəyik. Dövlətin müxalifəti dağıtmaq imkanı da var”.
Cümşüd Nuriyev düşünür ki, Nikol Paşinyan olduqca çıxılmaz vəziyyətdə qalıb: “Qərb hakimiyyətə gətirdiyi Paşinyandan tələb edir ki, Rusiyadan asılılığını zəiflətsin. Avropa İttifaqı da bu məsələnin üzərinə gəldi. Digər tərəfdən, Ermənistan həm də ona görə çıxılmaz durumdadır ki, Rusiyanın başı Ukraynaya qarışdığı üçün Ermənistanın təminatı sürətlə aşağı düşüb. İrəvan özü-özünü təcrid siyasətinə keçir. Bir tərəfdən Azərbaycan, o biri tərəfdən Türkiyə ilə sərhədləri qapalıdır. İran da hazırda Ermənistana kömək edə bilmir. Əvvəllər İran qeyri-qanuni işlərlə məşğul olurdu. Daha doğrusu, Azərbaycan ərazilərini istismar edir, əvəzində həmin vəsaitin müəyyən hissəsini Ermənistana qaytarırdı. Digər tərəfdən, Ermənistanın dövlət büdcəsinin 35-40 faizi Qarabağdan gəlir hesabına formalaşırdı. Bütün bunların fonunda hazırda Ermənistanda həm iqtisadi, həm də iqtisadi problemlər var. Bu problemləri həll etmək də Nikol Paşinyanın boynundadır. Ona görə də İrəvanın daha müsbət addım atacağına inanıram”.
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO




































