Nida.az
Hansı doğrudur: “Türkdilli dövlətlər”, yoxsa “Türk dövlətləri”?
Ötən əsrin doxsanıncı illərində popuulyar və yayğın olan “türkdilli xalqlar” və “türkdilli dövlətlər” anlayışı indi öz yerini “türk dövlətləri” və “türk xalqları” anlayışına verib. Hələ o zaman da ölkəmizdəki bəzi alimlər, ictimai xadimlər “türk dövlətləri”, “türk xalqları” ifadəsinin daha doğru olduğunu bildirirdilər. Amma həm siyasi, həm də ictimai proseslərdə “türkdilli” ifadəsinin “at oynatdığı”nı görürdük.
Bəs indi nə baş verdi ki, bu ifadələr öz yerini ikincilərə təhvil verdi? Hətta türk dövlətlərini bir çətir altında birləşdirən qurum da ötən ildən Türk Dövlətləri Təşkilatı adlandırıldı. “Türkdilli xalqlar” və “türkdilli dövlətlər” anlayışının öz yerini “türk dövlətləri”, türk xalqları”na təhvil verməsinin səbəbi nədir?
src="/storage/files/upload/b14e2509e9009b8b23bae6e7cc3b1fb47403c0d6.jpg" style="width: 363px; height: 272.25px;" class="fr-fic fr-dib fr-fil">
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərov Publika.az-a açıqlamasında bildirib ki, “Türkdilli dövlətlər” və “Türk dövlətləri” terminlərinin əlaqələnməsi əvvəllər bizdə o ənənə ilə gəlirdi ki, bir dildə danışmaq bir mühit yaradır, bu, həm də hansısa bir etnosa mənsubiyyətlə bağlı deyil:
“Məsələn, ola bilsin ki, rusdillilər, ingilisdillilər, almandillilər mühitində yaşayanların hamısı ingilis, rus, alman olması mənasına gəlməsin. Yəni, əvvəllər bu cür ifadələr, “türkdillilər” məsələsi daha yayğın idi. Elə əvvəldən də bu ifadələr müzakirəli və mübahisəli bir məsələ olub. Yəni biz “türk xalqları”, yoxsa “türkdilli xalqlar” ifadəsini işlədək?! Yaxud “türk dövlətləri” deyək, yoxsa “türkdilli dövlətlər” deyək?! Bu məsələ həmişə mübahisəli olub. Bu mübahisənin içərisində həmişə ona fikir veriblər ki, deyəsən, bu dil məsələsi artıqdır. Dil məsələsi etnosun nə qədər mühüm göstəricilərindən biri olsa da, hər halda, ona bərabər deyil. Məhz bu məntiqə görə də “türk dövlətləri” anlayışının üzərində dayandılar. Yəni bu dövlətlərin özünün mahiyyətində türklük dayanır. Yəni türk etnosuna aid olan bir dövlətdən söhbət gedir. Daha bu ifadə türk dilində danışan xalqlara aid deyil. Məsələn, bu gün Türkiyədə nə qədər xalq var ki, türkçə danışırlar. Mən demək istəmirəm ki, Türkiyə dövləti həmin xalqların dövləti deyil. Eyni zamanda, Türkiyə dövləti həmin xalqların da dövlətidir. Amma müxtəlif türk dövlətləri, müxtəlif türk xalqlarına aid dövlətlər ortaya çıxanda orada dil məsələsi ikinci plana keçməlidir”.
Professor Nizami Cəfərov zamanla vahid türk dilinin yaranacağını, xalqların bu dilə keçid edəcəyini də düşünmür:
“Çünki dillər ayrılandan sonra heç vaxt birləşmirlər. Yəni türk dillərinin birləşib ümumi bir türk dilini yaradacağı da mümkün deyil. Türk xalqlarının birləşib bir xalq olacağı da mümkün görünmür. Tarixdə bir şey ki, differansiya olundusa, o yenidən birləşmir. Amma bunun da bir üsulu var; Türk dillərindən biri, ən inkişaf eləmiş türk dili ortaq bir dilə çevrilə bilər. Yəni o biri dillər qalmaq şərti ilə... Özbək dili də, qazax dili də, qırğız dili də, türkmən dili də öz həyatını yaşayacaq. Amma bunlar bir-biri ilə ortaq dil kimi Türkiyə türkçəsi ilə danışa bilərlər. Ona görə ki, Türkiyə türkçəsi daha çox inkişaf edib. Bu dilin daha çox maddi material bazası – televiziyası, radiosu, mətbuatı, universitetləri var. Eyni zamanda, Türkiyə türkçəsində kitab nəşrləri də digərləri ilə müqayisədə daha çoxdur. Eləcə də beynəlxalq miqyasda fəaliyyəti daha genişdir. Bu, istər-istəməz ona xüsusi səlahiyyət verir. Amma bu təcrübə də var ki, Türkiyə türkcəsinin ortaq bir dil olması üçün həm də başqa türk dilləri ilə təması nəticəsində zənginləşir. Yenə deyirəm, bu, başqa türk dillərini aradan qaldırmır. Mən düşünə bilmirəm ki, sabah ya birisi gün bir qazax, bir türkmən, bir Azərbaycan yazıçısı öz dilini buraxıb Türkiyə türkçəsində yazacaq. Bu mümkün olmayacaq. Daha doğrusu, kütləvi olmayacaq, biri, ikisi yaza bilər, amma hamısı yox. Çünki dillərin özünün inkişaf qanuna uyğunluqları var”.
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?