Nida.az
Azərbaycan NATO ölkəsinə pilotsuz təyyarə satır
Hazırda Azərbaycanda İsraillə birgə yaradılmış birgə müəssisədə pilotsuz uçuş aparatları istehsal olunur. Bu il tək Azərbaycan Ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə də 100 ədəd pilotsuz təyyarə ixrac etməliyik. Trend xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirib.
Y.Camalov Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən bir neçə istehsal sahənin istismara veriləcəyini açıqlayıb: “Hazırda Azərbaycan müdafiə sənayesi zavodlarında 51 istehsal sahəsi mövcuddur. Bu ilin sonuna qədər 5 yeni zavodun, 7 yeni istehsal sahəsinin istismara verilməsi gözlənilir. Bu zavodlarda əsasən 40-46 mm qumbaraatanların seriya istehsalı təşkil olunacaq. Eyni zamanda bu qumbaraatanlar üçün döyüş sursatı istehsal ediləcək. Bu sırada M-6, M-12 partlayıcıları, U-25 döyüş sursatlarının istehsalı üçün zavodlar fəaliyyətə başlayacaq. 5,45 mm-dən tutmuş 30 mm-ə qədər bütün atıcı silahlar üçün güllələrin seriyalı istehsalına başlayacağıq. Bütün bunlar ordumuz üçün böyük əhəmiyyət kəsb edən məmulatlardır”.
Nazir qeyd edib ki, 2015-ci ilin birinci rübünün sonunda tank və artilleriya silahları üçün 55 mm-dən tutmuş 100 mm-dək döyüş sursatlarının istehsalına başlanacaq: “Demək olar ki, ordumuzun artilleriya və tank döyüş sursatlarına olan tələbatını tam ödəyəcəyik”.
MSN-nin prioritet sahələri barədə məlumat verən nazir xaricdən bəzi texnologiyaların gətiriləcəyini də deyib: “Hazırda maraq dairəmizdə olan bir sıra məmulatların istehsalı var. Bunun üçn biz I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır. Mənə elə gəlir ki, sərginin sonuna qədər həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində razılıq əldə edəcəyik və həmin məhsulların növbəti illərdə Azərbaycanda istehsalı üçün istehsal sahələri yaradacağıq”.
O, əlavə edib ki, hazırda nazirlik xarici ölkələrdə keçirilən tenderlərdə iştirak edir. MSN Türkiyədə qumbaraatanların, bir neçə kalibr üzrə döyüş sursatları ilə əlaqədar, eləcə də bir neçə ölkədə minaatanlar və digər istiqamətlər üzrə tenderin də qalibi olub
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO








.jpg)

_(1).jpg)






.jpg)

















