Nida.az
Qubadlı döyüşçüsü: "Bizim bölüyə düşmən qırıcıları hücum etdi..."
Bu gün Qubadlını işğaldan azad olunmasından iki il ötür. Rəşadətli Azərbaycan Ordusu 27 illik həsrətə son qoydu.
Publika.az oxuyuculara Qubadlı döyüşlərinin iştirakçısı, rayonun azad olunması medalı ilə təltif olunmuş Vətən müharibəsi döyüşçüsü, 44 gün cəbhədə tarix yazan tarix müəllimi Bədir Qəhriyevlə söhbəti təqdim edir.
Əslən Şəmkirdən olan Bədir iki il əvvəl Azərbaycan Ordusunun bölmələrinin Qubadlı istiqamətində həyata keçirdiyi döyüş əməliyyatlarından fəxarətlə danışır:
"2016-cı ildə hərbi xidmət dövründə Aprel döyüşlərinin də iştirakçısı oldum. 44 günlük müharibə başlayanda isə könüllü olaraq döyüşə yazılmışam. Sentyabrın 29-da əvvəlcə Gəncəyə aparıldıq, burada oktyabrın 13-nə qədər təlim keçdik. Orada olarkən düşmən Gəncəni raket atəşinə tutdu. Biz bundan çox qəzəblənmişdik. Döyüş yoldaşlarımızla komandirə dedik ki, bizi ön cəbhəyə yollayın”.
Həmsöhbətimiz danışır ki, onun döyüş yolu Füzulidən başlayıb:
“Oktyabrın 13-ü bizi Füzuliyə, daha sonra Cəbrayıla apardılar. Biz ora çatanda artıq Cəbrayılın, demək olar ki, bütün kəndləri işğaldan azad olunmuşdu. Qızğın döyüşə Qubadlıdan başladıq. Ən gərgin döyüşlər Muradxanlı kəndində oldu. Muradxanlıda bizə verilən tapşırıq öndə gedib koordinatları arxamızca gələn artilleriya birləşmələrinə ötürmək idi. Qrupumuz iki istiqamətdən döyüşə başladı. Qarşıda bizi daha çətin sınaq gözləyirdi”.
Bədir Qəhriyev söyləyir ki, Qubadlıdan Laçına gedərkən düşmən qırıcıları onlara hücum edir:
“Biz yerə uzandıq ki, xəsarət almayaq. Göydən yağış kimi bomba yağırdı. Başımızı qaldıranda gördük ki, hər tərəf od içindədir. Amma bizim olduğumuz yerə heç nə olmamışdı. Sanki Allah bizi öz qalxanı ilə qorumuşdu. Həmin döyüşlərdə iki döyüşçü yoldaşımız şəhid oldu”.
Aydan Baydullayeva
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
















.jpg)


.jpg)
















