Nida.az
“Yeni Azərbaycan”ın baş redaktoru siyasi etikadan danışdı
“Siyasi etika ümumilikdə etikanın və mədəniyyətin tərkib hissəsidir, onu partiya liderləri, partiya funksionerləri də mənimsəməlidirlər”.
Bu sözləri Publika.Az-a “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu mətbuatda siyasilərin bir-birinə qarşı söylədikləri fikirlərdəki kobud və qeyri-etik ifadələrə münasibət bildirərkən deyib.
Baş redaktor hesab edir ki, kənardan gəlib heç kəs Azərbaycanda əxlaqlı siyasət formalaşdırmayacaq.
1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində və siyasətində təlatümlü proseslərin baş verdiyini xatırladan Hikmət Babaoğlu söyləyib ki, artıq həmin dövr arxada qalıb: "Bəlkə də o dövrdə emosional, ritorik, qeyri-etik ifadələri siyasətçilərin leksikonunda yer almasını qəbul etmək olardı. İndi həmin dövr deyil. O dövrdə formalaşmış gərgin emosional münasibətlərdən, qeyri-etik ifadələrdən uzaqlaşmalıyıq”.
Demokratik İslahat Partiyasının sədri, millət vəkili Asim Mollazadə də Azərbaycanda siyasi etikaya əməl olunması ilə bağlı vəziyyətdən narazıdır. Hesab edir ki, Azərbaycanın siyasi etikadakı vəziyyəti çağdaş dünyaya uyğunlaşdırmaq və onun tərkib hissəsi olmaq üçün bir çox işlər görülməlidi: “Azərbaycan Avroatlantik sistemə inteqrasiya xətti götürüb. Azərbaycanda siyasətlə məşğul olanlar bu sistemdə qəbul olunmuş qaydalarla uyğun siyasi mədəniyyət nümayiş etdirməlidir”.
Millət vəkilinin sözlərinə görə, siyasi etika ilə bağlı ümumi qəbul olunmuş qaydalar yoxdur: “Düşünürəm ki, bu, yazılmamış qaydalar sistemidir. Bu qaydaları bir mətn çərçivəsinə yığmaq və əməl etmək çox çətindir”.
Millət vəkili deyib ki, Azərbaycan da daxil olmaqla post-sovet ölkələrində siyasi etikaya əməl olunma səviyyəsi Qərb standartlarından geri qalır: “Biz demokratik dövlət qururuqsa, demokratik dünyaya inteqrasiya olunuruqsa, bu sistemə məxsus davranış və əxlaq normalarına yiyələnməliyik”.
Ömər Əmirov
Publika.Az
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər





































