Nida.az
Erməni işğalındakı Alban abidələri: dünya mediasının manşeti - FOTOLAR
Avstraliyanın beynəlxalq “Ancient-origins.net” (Qədim mənşələr) saytında Azərbaycan ərazisindəki Alban məbədləri haqqında məqalə dərc edilib.
Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri
Birliyinin (DJB) sədri Fuad Hüseynzadənin müəllifi olduğu “Qədim
Azərbaycanda Alban xalqının erkən məbəd və abidələri” sərlövhəli
məqalədə qədim Alban dövlətinin müasir Azərbaycanın ərazisini əhatə
etdiyi qeyd olunur: “Çoxsaylı yazılı tarixi mənbələrin məlumatına
görə, qədim Alban dövlətinin tarixi ərazisi eramızın əvvəlindən
VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək,
şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə
yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Makedoniyalı
İsgəndərin dövründə Alban hökmdarlığının mövcud olduğunu antik Roma
müəllifi Böyük Plini təsdiq edir. Alban dövləti, eramızdan əvvəl
təqribən IV-III əsrlərdə formalaşıb, eramızın VIII əsrində ərəb
xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Azərbaycanın
indiki Qəbələ, sonra isə Bərdə şəhərləri olub. Strabonun məlumatına
görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət
idi”.
Məqalədə qeyd olunur ki, azərbaycanlıların əcdadlarından biri olan
albanlar eyni bir ərazidə formalaşıb və özlərinə məxsus zəngin və
təkrarolunmaz mədəniyyət qurublar.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyin sədri Faiq İsmayılov bildirib ki, məhz bu baxımdan Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir.
“Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış
xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan
Cənubi Qafqaza da yayılmağa başlayıb. Albaniya çarı Urnayr
xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni
xristian məbədləri və kilsələr tikilməyə başlandı”, - deyə məqalədə
bildirilir.
Bununla yanaşı, Alban dövrü abidələrinin əksəriyyətinin
Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq
dövrümüzə qədər gəlib çatdığı vurğulanır: “Yalnız Qafqaz Albaniyası
ərazisində deyil, ümumiyyətlə Qafqazda tikilmiş ilk xristian
kilsəsi olan məşhur Kiş məbədi hazırda Azərbaycanın Şəki rayonunun
Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik
yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu
və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli
sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş
məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb.
Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi
olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim
tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub”.
Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri haqqında da məlumat verilir: “Alban memarlığının IV- XVI əsrlərə aid nümunələri bizim dövrə qədər gəlib çatıb. Buna misal olaraq Azərbaycanın Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı, Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi, Xocalı rayonunda Xansıx və Xacmac məbədləri, Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd, Qərbi Azərbaycanda Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Azərbaycanın Ağdərə rayonundakı müqəddəs Yelisey monastır kompleksidir. Azərbaycanın Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib”.
Məqalədə Alban abidlərinin erməni memarlıq abidlərindən fərqləndiyi nəzərə çatdırılır: “Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir”.
Asif Nərimanlı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir