Nida.az
Vəfa Quluzadə: “Qərb qalib gəlsə, münaqişə həll olunacaq”

“Hazırda Qərb və Rusiya arasında qarşıdurma var. Bu qarşıdurmanın nəticələri Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edəcək”.
Bunu Publika.az-a açıqlamasında sabiq dövlət
müşaviri, politoloq Vəfa Quluzadə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Qərbin
maraqlarına uyğundur: “Lakin Rusiya imperiyası üçün bu münaqişənin
həlli milli maraqlara zərbədir. Çünki Rusiya Qarabağda atəşkəsi və
daim bu atəşkəsin pozulması vəziyyətini ona görə yaradıb ki,
istənilən vaxt müharibə etmək, Qərbin Azərbaycanda maraqlarını,
kommunikasiya xətlərini, boru kəmərlərini vurmaq asan olsun.
Hazırda gedən qarşıdurmada məğlub və qalib olmalıdır. Əgər Qərb və
Rusiya razılıq əldə etsə, Qarabağın həlli yenə uzanacaq. Qərb qalib
gəlsə, münaqişə həll olunacaq. Rusiya qalib gələrsə, Azərbaycan
Mərkəzi Asiya respublikaları ilə birlikdə yenidən Rusiyanın
tərkibinə daxil olacaq”.
V. Quluzadə son günlər cəbhədəki gərginliyin arxasında da Rusiyanın
olduğunu deyib. Onun fikrincə, Ermənistanın da burda maraqları
var.
“İrəvan cəbhədəki gərginlikdən daxili narazılığı sakitləşdirmək
üçün istifadə edir. Yəni “biz müharibə vəziyyətindəyik, Azərbaycan
bizi dağıtmaq istəyir, hər şeyə dözməlisiniz” deyə sadə erməniləri
ələ almaq istəyir. Lakin hər şey böyük geosiyasi oyunun bir
parçasıdır. Bir məsələni unutmamalıyıq. Böyük nüvə dövləti olan
Rusiya buranı işğal edib. Qərb dilə gətirməsə də, bunu yaxşı bilir.
Nə vaxt Rusiyanın arxası yerə vurulacaq, o zaman Qarabağ münaqişəsi
də həll ediləcək”, - deyə o bildirib.
Lakin politoloq bunun konkret nə vaxt baş verəcəyini
proqnozlaşdırmağın çətin olduğunu bildirib. Onun fikrincə, burda
bir sıra faktorlar önəm kəsb edir: “Bu qarşıdurmada bütün
ekspertlər Rusiyanın çökəcəyini proqnozlaşdırır. Lakin nə vaxt?
Bunu heç kəs deyə bilməz. Çünki Rusiya ərazisi böyük olan ölkədir.
Yetərincə, xammal ehtiyatına malikdir. Digər tərəfdən, rusların
səbri sonsuzdur. II Dünya müharibəsində alman silahları qızarana
qədər atəş edirdi, lakin ruslar öz meyitlərinin üzərindən yeriyərək
irəliləyirdi. Stalin müharibənin sonunda "rus xalqının səbrinin
sağlığına içirəm" demişdi. Bu gün Rusiya iqtisadiyyatı çökür, rubl
ölür. Lakin ruslar kələm və soğan yeyərək də yaşaya bilərlər.
Hansısa Qərb ölkəsində insanlar çörəyin üstünə yaxmağa yağ
tapmayanda inqilab edir. Amma ruslar belə deyil. Bu xalq kəmiyyət
baxımından olduqca böyükdür. 140 milyon müti xalq diktatorların
əlində alət olub. Çarlar da, Stalin də məhz ruslara görə qalib
gəliblər. Yəni qarşıdurma gedir, amma ruslar sona qədər dözmək
gücündədirlər. Hər şey, o cümlədən Qarabağ məsələsi son nəticədən
asılıdır. Əgər Rusiya qarşıdurmada çökməsə, bu, Putin üçün böyük
qələbə olacaq”.
Asif Nərimanlı

-
Magazin208:12
Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO
-
Sosial07:17
Bu gündən havanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO