Nida Təhlil
Aprel üsyanı və Sarkisyan ailəsini... - İrəvanda MƏXFİ RAZILAŞMALAR
“Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın “Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bildirib.
Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var. Qriqoryan qeyd edir ki, toqquşmanın əsas səbəbi ondan ibarətdir ki, “ölkənin prezidenti adlandırılan şəxs” daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib.
“Anqlosakslar Ermənistana öz nümayəndəsini (Ermənistanın yeni prezidenti seçilən Armen Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri olub –red.) göndərdilər və bizim daxili həyatımıza yalnız Birləşmiş Ştatlar deyil, həm də Böyük Britaniya qarışmağa başladı. Baş nazir Karen Karapetyan Moskvanı təmsil edir. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmir. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələri görürəm. Dəqiqdir ki, Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma problem Karen Karapetyan deyil, hədəfi yalnız baş nazir postu olan Serj Sarkisyandır. Bu hədəfin yalnız bir izahı var: ona baş nazir olmaq imkanlarını, özü və ailəsini xilas etmək üçün lazımdır. Bütün dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sarkisyan öz sözünün sahibi olardısa, bu qəzəb və gərginlik bir qədər yumşala bilərdi”, - o bildirib.
Aşot Qriqoryan qeyd edir ki, hakimiyyət daxilində çox ciddi mübarizə gedir. O, Ermənistanın ətrafında qərbyönümlü güclərlə deyil, qərbyönümlü güclər arasında mübarizənin getdiyini bildirib.
Forumun rəhbəri Ermənistanda anti-rus əhval-ruhiyyələrin heç vaxt belə səviyyədə olmadığını vurğulayıb: “Bu gün hətta Rusiya və rusiyayönlü xadimlərə qarşı bizim siyasətçilərimizin analizi məntiqsizlik həddinə çatır. Mütləq razılıq yoxdur və əgər belə davam edəcəksə, ciddi üsyanlar mümkündür”.
Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyanın çağırışı ilə forlamalaşdırılmış “Vətəndaş müqaviləsi” cəbhəsinin Serj Sarkisyanın baş nazir olmasına imkan verməyəcəyi barədə bəyantına gəlincə, onun sözlərinə görə, bu güclər böyük işlər görmək vəziyyətində deyillər. Amma, Aşot Qriqoryan qeyd edir ki, ölkənin daxilində partlayış təhlükəsi olan vəziyyətə əsaslanaraq, hamını öz çətiri altına toplaya biləcək üçüncü gücün ortaya çıxacağını əminliklə söyləmək olar.
“Ola bilər, Sarkisyan baş nazir olmaq niyyətindən imtina edəcək. Amma bu hansı güclər olacaq? Təəssüf ki, bu, xarici güclər olacaq. Ermənistan xarici güclər üçün şəxsi maraqlarının reallaşdırması üçün səhnə olub. Düşünürəm ki, indi məxfi razılaşmalar var və bütün tərəflər toqquşmalar nəticəsində Ermənistanda qələbəyə hazırlaşır. Mən dərindən əminəm ki, baş nazir seçkilərində böyük toqquşmalar baş verəcək”.
Qeyd edək ki, Ermənistanın yeni prezidenti aprelin 9-da səlahiyyətlərin icrasına başlayacaq. Həmin gün hökumət istefaya gedəcək və hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatacaq.
Serj Sarkisyan və Karen Karapetyan yeni baş nazir postuna əsas namizədlər hesab edilir.
Ömər Dağlı
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
-
MDB10:24
Kerç körpüsünü partladanlar beynəlxalq axtarışa verildi
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO