Nida Təhlil
Ermənistandan SENSASİYALI PLAN: Yeni dövlət yaradıb Naxçıvanı "işğal edəcəklər"
Sentyabrın 29-da İrəvanda “Sasna srer” qruplaşması
eyniadlı hərbiləşmiş partiya yaratdıqlarını elan edib.
Publika.az xəbər verir ki, yeni partiyanın mətbuat katibi
Varukan Avetisyan silahlı mübarizənin dayandırılması və siyasi
fəaliyyətin başlanması haqqında qərar verdiklərini bildirib.
Təsis qurultayında elan edilib ki, partiyanın rəhbəri olmayacaq,
əvəzində əlaqələndirmə katibliyi idarə edəcək.
“Partiyanın yaradılmasının məqsədi Ermənistanda neçə illərdir
planlaşdırılan dəyişiklikləri həyata keçirməkdir”, - deyə o
bildirib.
Avetisyan bəyan edib ki, onlar “rus-türk razılaşması”nın nəticə
olaraq yaradılan Ermənistan respublikasını tanımır və yeni erməni
dövlətinin yaradılması üçün mübarizəyə başlayacaqlar.
“Bizim hədəfimiz Ermənistanın yeni respublikasını yaratmaqdır. Bu
dövlətə “Arsax” (Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi
- red.) və Ermənistandan kənarda yaşayan ermənilər birləşdiriləcək.
Biz Naxçıvanı və Axuryan çayından qərbdəki əraziləri də yeni
Ermənistan respublikasına birləşdirəcəyik”, - deyə o bildirib.
“Sasna srer” qruplaşmasının lideri Jirayr Sefilyan bildirib ki,
onlar yeni parlamentin formalaşdırılmasına qədər Nikol Paşinyanı
dəstəkləyəcəklər.
Qeyd edək ki, 2016-cı ildə “Sasna srer” qruplaşması İrəvanda
Sarkisyan hakimiyyətinə qarşı qiyam törədib.
Asif
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)
.jpg)