Nida Təhlil
5 rayon azad ediləcək, əgər... - Kremlin ideoloqu Bakı və Moskvanın PLANINI AÇDI
“Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə fəal
kömək edirdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın
dövründə həqiqətən də irəliləyişə nail olunmuşdu. Lakin Paşinyanın
hakimiyyətə gəlilişi Bakı, İrəvan və Moskva arasında münaqşənin
həlli ilə bağlı nail olunmuş razılaşmaları zərbə altında qoydu.
İndi bu razılaşmanın bərpa olunmasına cəhdlər edilir. Razılaşmada
işğal olunmuş Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana
qaytarılması nəzərdə tutulurdu”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi
tanınan Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin
deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrdə bu
razılaşmalar haqqında eşitmək belə istəmirdi, lakin vəziyyət onu
reallıqlarla hesablaşmağa məcbur edir.
“İrəvan anlamağa başlayır ki, təşəbbüsün qaçırılması Moskvanın
etibarını itirməsi ilə nəticələnir. Paşinyan həm də ehtiyatla İlham
Əliyevlə münasibət qurmağa çalışır. Düşünürəm ki, Azərbaycan və
Ermənistan rəhbərlərinin görüşü Moskva və Bakının münaqişənin həlli
ilə bağlı həyata keçirdiyi birgə işin nəticəsidir. Görünür,
Paşinyan öz taktikasını dəyişmək qərarına gəlib. O anladı ki,
Qarabağı danışıqlara tərəf kimi cəlb etmək tamamilə qeyri-realdır.
Bu mövqeyi nə Rusiya, nə də Qərb dəstəkləməyəcək”, - deyə o
bildirib.
Lakin Duqin vəziyyətə nikbin baxa bilmədiyini də diqqətə
çatdırıb.
“Əgər Paşinyanın timsalında İrəvan konstruktiv danışıqlara
qayıdacaqsa, beş rayonun azad edilməsi layihəsi reallaşa bilər.
Paşinyanın əvvəlki bəyanatları ilə müqayisə fonunda Düşənbə görüşü
böyük sıçrayışdır. Bu baxımdan hesab etmək olar ki, cəbhədə hərbi
eskalasiyanın riski azalacaq. Hadisələri izləyəcəyik, bəlkə də
yaxın gələcəkdə Əliyev Paşinyanın konkret danışıqları olacaq. Nə
vaxtsa bu görüş olmalıdır. Hələlik buna ümid azdır”, - deyə o
bildirib.
Asif
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü













.jpg)



.jpg)



















