Nida Təhlil
Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri,
general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin “Azərbaycan
Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə
kömək edəcəkmi” sualı qarşısında çaşıb.
Publika.az xəbər verir ki, erməni general “Biz rəqibimizin
kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini
bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım
olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək”
deyə bildirib.
Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi
Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır:
“Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa
çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar
Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz
buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni
general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu, o
deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq”.
Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş
hərbi-siyasi rəhbərliyidir.
“Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində
Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu
qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması
deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında
razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid
qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu,
nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar
kənarda dayanacaqlar”, - deyə o bildirib.
Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə
etmək gücündən məhrum edir: “Çünki bu qruplaşma Rusiyanın İrana,
Türkiyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq
yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi
birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak
edə bilməyəcəklər. Bu, onu göstərir ki, Qarabağda müharibə
olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır”.
Asif
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO


































.jpg)
.jpg)