Nida Təhlil
“Mavi kaskalılar” Qarabağa yeridilir - Rus general Moskvanın ŞOK PLANINI AÇDI
“Moskva MDB və digər rusiyayönümlü bloklar vasitəsilə
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qayıtmağı
planlaşdırır”.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Naira
Ayrumyan deyib.
Onun iddialarına görə, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə
Nazirləri Şurasının növbəti iclasında postsovet məkanındakı
münaqişələr, o cümlədən, Dağlıq Qarabağ məsələsi müzakirə
olunub.
“Məlumatlar var ki, Rusiya Qarabağa “mavi kaskalılar”ı göndərməyi
planlaşdırır. Onlar sülhməramlı qüvvə adı altında bölgəyə
gələcəklər. Daşkənddə keçirilən iclasda bu məsələ qapalı şəkildə
müzakirə olunub”, - deyə erməni şərhçi iddia edir.
Erməni şərhçinin iddiaları fonunda “İzvestia” qəzetinin yazdıqları
da diqqət çəkir.
Qəzet yazır ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Daşkənd
iclasında Azərbaycan və Ermənistanın müdafiə nazirlərinə tərəflər
arasında yaradılacaq operativ əlaqədə Moskvanın kömək etməyə
çalışacağını deyib.
Hərbi ekspert, general-leytenant Yuri Netkaçeva isə bildirib ki,
Moldova və Rusiya hərbiçiləri Dnestryanında sabitliyi təmin etmək
üçün əlaqəyə malikdirlər.
“Oxşar addımlar Dağlıq Qarabağda, eləcə də Ukraynaın şərqində
sabitliyi təmin etmək üçün atıla bilər. Bununla yanaşı, Rusiya və
MDB-nin digər dövlətlərindən ibarət sülhməramlı qüvvələr, yaxud
“mavi kaskalılar” bu prosesdə lazım ola bilər”, - deyə rusiyalı
ekspert vurğulayıb.
Asif
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü
















.jpg)



.jpg)

















