Nida Təhlil
Putinin Qarabağ üzrə GİZLİ PLANI: Sarkisyan oyuna daxil olur
Ermənistan prezidenti Armen Sarkisyan ötən həftə gizli şəkildə Moskva səfərindən sonra oktyabrın 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Sarkisyanın Qarabağa gələnə qədərki səfər trafiki diqqət çəkir. Erməni prezident əvvəlcə Nyu-Yorka (ABŞ), sonra Parisə (Fransa), daha sonra Moskvaya (Rusiya) səfər etdi, ardında işğal altındakı Qarabağ bölgəsinə gəldi. Onun getdiyi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, Ermənistanın münaqişə ilə bağlı nələrsə hazırladığı ehtimalı önə çıxır.
Publika.az xəbər verir ki, ekspertlər Ermənistan prezidentinin Minsk qrupunun həmsədr ölkələrinin paytaxtlarında Qarabağ münaqişə ətrafında gizli “qayıq diplomatiyası” apardığını hesab edirlər.
Rusiyalı politoloq Aleksey Martınov hesab edir ki, erməni
prezident münaqişənin həlli ilə bağlı aktivləşir.
“Nikol Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağı danışıqlar
masasına tərəf kimi gətirmək tələbi ilə çıxış etdi. Bu, Ermənistan
üçün daha bir ticarət predmenti oldu. Əlbəttə, Azərbaycan bununla
razılaşmadı və təmas xəttində gərginlik artdı. Düşənbədə Rusiya
prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə Azərbaycan
prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
arasında qısa danışıq oldu. Bu sürətli danışıqlarda təmas xəttində
vəziyyətin deskalasiyası razılaşdılırdı. Lakin Paşinyan Düşənbədən
qayıdandan sonra yenə də danışıqlarda Qarabağın iştirakı məsələsini
gündəmə gətirdi. Bu, danışıqlar prosesini pozmaqla yanaşı, Putinin
səylərinə zərbə vurmaqdır. Burada Ermənistanın yeni hakimiyyətinin
etibardan düşməsi amili də var. Görünür, Armen Sarkisyanı Moskvaya
gətirən səbəb də məhz budur. Ermənistan prezidenti Rusiyaya
bildirmək istəyir ki, Ermənistan Dağlıq Qarabağı nizama salınması
prosesində iştirak edəcək və qəbul edilməyən ritorikadan istifadə
etməyəcək. Onun Moskva səfərindən sonra Xankəndiyə yollanması da
danışıqlar formatının dəyişdirilmədiyini demək məqsədi daşıyırdı”,
- deyə rusiyalı politoloq vurğulayıb.
Asif
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)
.jpg)