Nida Təhlil
Qarabağda toqquşmalar güclənəcək və... - “Kommersant” Paşinyanın HİYLƏGƏR PLANINI AÇDI
Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi
ətrafında yaranmış vəziyyətdən yazıb.
Publika.az xəbər verir ki, nəşr münaqişənin nizama
salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn
vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini
qeyd edir.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması üzrə Cənubi Qafqaza işçi səfər edirlər. Onlar
artıq İrəvanda oldu, ardınca Xankəndinə (Azərbaycanın işğal olunmuş
əraziləri - red.) getdilər. Növbəti ünvan Bakıdır. Həmsədr ölkələr
- Rusiya, Fransa və ABŞ bu ilin mayında Ermənistanda hakimiyyət
dəyişməsindən sonra Qarabağ danışıqlarının aktivləşdirilməsi
çağırışını etdilər. Həmsədrlərin regiona səfəri İrəvanın qondarma
Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirakı haqqında
inadlı çağırışları fonunda baş verir. Bakıda bu təklifi
qəbuledilməz hesab edirlər. Qarabağ danışıqlarında irəliləyişin
olmamasına baxmayaraq, regiona səfər edən beynəlxalq vasitəçilər
prosesi ölü nöqtədən tərpətmək üçün heç bir cəhd göstərmir.
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfərindən sonra
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton
Moskvaya gəldi. Moskvadan dərhal sonra isə Cənubi Qafqaz turnesinə
çıxdı. Bolton İrəvanda gözlənilməz fərziyə irəli sürdü: Nikol
Paşinyanın hökumət başçısı olmasından sonra Bakı ilə danışıqlarda
qətiyyətli addımlar atılacaq. Daha əvvəl oxşar açıqlamanı
diplomatik missiyasını başa vuran ABŞ-ın İrəvandakı səfiri Riçard
Mills vermişdi. Paşinyan Boltonun fərziyyəsini dəstəkləmədi və qeyd
etdi ki, “Con Bolton öz adından danışır. Nə Bolton, nə də başqa
birisi mənim adımdan danışa bilməz”. Əlavə etdi ki, “Ermənistan və
“Arsax (Qarabağ) xalqı” üçün münasib olmayan heç bir qərar qəbul
edilə bilər”. Paşinyan Qarabağla bağlı “böyük Ermənistan”
xülyasının əyalətini xatırladan addan istifadə etməklə nümayiş
etdirdi ki, münaqişə ilə bağlı sələflərindən daha sərt mövqeyə
malikdir”, - deyə nəşr yazır.
“Kommersant” iddia edir ki, Ermənistan rəhbərliyinin sərt bəyanatı
və Vaşinqtonla İrəvan arasında anlaşılmazlığı nəzərə alan Minsk
qrupunun həmsədrləri Boltondan sonra erməni paytaxtına gəlməklə heç
olmasa münaqişənin nizama salınmasında irəliləyiş görüntüsü
yaratmaq üçün “yanğınsöndürən” rolunu oynamağa məcbur oldu.
Avropa İttifaqının İrəvandakı səfiri Pyotr Svitalskiy amerikalı
həmkarlarının son fikirlərini şərh edərək, erməni tərəfini
inandırmağa çalışdı ki, “Qarabağ məsələsinin həllinin
sürətləndirilməsi üçün İrəvana heç bir xarici təzyiq
olmayacaq”.
Həmsədrlər Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla
görüşdü. Separatçılar da həmsədrlərə danışıqlar masasında iştirak
etmək istədikləri bildirdilər.
Minsk qrupu İrəvanın danışıqların formatını dəyişdirməklə bağlı
təklifinə heç bir rəsmi reaksiya vermədi.
“Sivilizasiyaların Dialoqu” İnstitutunda elmi araşdırmalar rəhbəri
Aleksey Malaşenko nəşrə açıqlamasında bildirib ki, Minsk qrupunun
yeni səfəri beynəlxalq mexanizmin boş yerə işlədiyini növbəti dəfə
göstərdi.
“Paşinyan anlayır ki, Bakı ilə İrəvan arasınmda real dialoq
olmayacaq. Ona görə də tələblərini şüurlu şəkildə daha da
yüksəldərək, heç olmasa ölkə daxilində öz mövqelərini gücləndirməyə
çalışır”, - deyə rusiyalı ekspert vurğulayıb.
Asif
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu






























.png)

.jpg)






