Nida Təhlil
Rusiyalı həmsədr Xankəndinə niyə getmədi? - Kremldən gələn təlimat və Qarabağda müharibə ELANI
Regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri
- Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti
(Fransa) - əvvəlcə İrəvana, ardınca işğal altındakı Qarabağ
bölgəsinə, daha sonra Bakıya gəldi.
Həmsədrlərin məqsədi heç bir nəticə olmasa da həmişəki kimi
münaqişə ətrafında müzakirələrin aparılması idi.
Publika.az-ın xəbərinə görə, budəfəki işçi
səfərdə diqqət çəkən məqam rusiyalı həmsədr İqor Popovun Xankəndinə
getməkdən imtina etməsi olub. İşğal altındakı ərazilərə yalnız ABŞ
və Fransa nümayəndəsi gedib.
Bu detal regionda baş verən proseslər və bunun Qarabağ münaqişəsinə
təsiri baxımından iki ehtimalı önə çıxarır.
Birinci: Rusiya Ermənistanda yeni hakimiyyətə
gələn Nikol Paşinyanın “Qarabağ danışıqlar masasında tərəf olsun”
tezisini qəbul etmir və Popovun Xankəndinə getməməsi ilə bunu rəsmi
İrəvanın diqqətinə çatdırır.
Son dövrlər, xüsusilə Paşinyanın İrəvanda siyasi Olimpə çıxmasından
sonra pisləşən Rusiya-Ermənistan münasibətləri fonunda Moskva
ekspertlərin dili ilə Dağlıq Qarabağ münaqişəsində keçmiş
razılaşmaları xatırladır və buna əməl etməyin vacibliyini
vurğulayır.
İyulun 2-də Rusiya nümayəndə heyətinin “aprel müharibəsi”ndə azad
olunan Lələtəpəyə gəlişi və Azərbaycanın ərazi bütövlüyünün bərpası
haqqında bəyanatlar səsləndirməsi, sentyabr ayında Rusiya
prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərliyi ilə
ayrı-ayrılıqda təmaslar quraraq, münaqişənin həlli ilə bağlı
müzakirələr aparması Kremlin ciddi addımlar atmaq istəyini
göstərir. Kremlə yaxınlığı ilə seçilən Avrasiyaçılıq Hərəkatının
lideri Aleksandr Duqinin bu günlərdə “Əgər Paşinyan hakimiyyətə
gəlməsəydi, münaqişə həlli keçmiş hakimiyyətin razılaşdığı
mərhələli formada reallaşacaqdı” açıqlaması da bu kontekstdə diqqət
çəkir. Mümkündür ki, Popova Xankəndinə getməmək təlimatı Kremldən
gəlib.
İkinci: Rusiya münaqişəni öz təşəbbüsü ilə həllinə
çalışır. Duqin və digər rusiyalı ekspertlərin tez-tez Ermənistana
“köhnə razılaşmalara əməl et” mesajı da “Kazan düsturu”nun həyata
keçirilməsi niyyətindən irəli gəlir. Lakin ABŞ da son dövrlər
münaqişə ətrafında fəallaşıb. ABŞ-ın Ermənistanda səlahiyyət
müddətini başa vuran səfiri Riçard Millsin erməni ictimaiyyətinə
“münaqişənin istənilən variantı ərazilərin bir qisminin
qaytarılması ilə nəticələnəcək” mesajını verməsi, ardınca regiona
səfər edən Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun
İrəvanda “Paşinyan hakimiyyətə gələrsə, bu, Qarabağ münaqişəsinin
həlli ilə bağlı qətiyyətli addımlar atmağa imkan yaradacaq”
açıqlamaları Vaşinqonun “həll variantı” üzərində işlədiyi
ehtimalını gücləndirir. Rusiya-ABŞ qarşıdurması və bu qarşıdurmaya
İran amilinin də daxil edilməsi tərəflərin regiona məhz Qarabağ
münaqişəsi ətrafından daxil olmağa çalışdığını göstərir. Mümkündür
ki, ABŞ və Fransa həmsədri İrəvanda hansısa planı müzakirə edib,
ardınca bununla bağlı Xankəndinə gəliblər. Popov da Rusiyanın
strategiyasına zidd olan planda yer almamaq üçün Azərbaycanın işğal
edilmiş ərazilərinə gəlməkdən imtina edib.
Burada Moskvanın Bakıya da göndərdiyi “ərazi bütövlüyünü bütün
şəraitdə dəstəkləyirik” mesaj sezilir.
Asif Nərimanlı
-
İdman13:05
Lamin Yamalın yeni ilham pərisi - FOTOLAR
-
Dünya11:22
Nazirin avtomobil karvanında QƏZA: vəzifəli şəxs öldü, yaralılar var - FOTO
-
MDB10:36
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
-
Magazin109:48
Azərbaycanlı aparıcı canlı yayımda TƏBAŞİR YEDİ - FOTO
-
Kriminal09:36
Gənc oğlandan DƏHŞƏTLİ ƏMƏL - Sevgilisinə isti qaşıqlarla işgəncə verdi, barmaqlarını isə...
-
Səhiyyə08:48
Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
-
Dünya08:36
5,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sosial08:24
Azərbaycanda 80 MİNLİK XINA: ""Tanrı, məni quş elə" deməyimi istəyirlər" - VİDEO