Nida Təhlil
İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI
Regionda baş verən proseslər fonunda İranın şiə inancını siyasi
hədəflərə çatmaq üçün alətə çevirdiyi, xüsusilə şiəlik adı altında
bu ölkənin maraqlarına uyğun Xomeyniçiliyi yaydığı öz təsdiqini
tapır. İranın Xomeyniçiliyi qəbul etdirmək istədiyi əsas ölkələrdən
biri Azərbaycandır və bunun üçün son dövrlər, xüsusilə Nardaran
hadisələrindən sonra Ərbəin mərasimi poliqona çevrilib.
Lakin İran öz dini təsirini təkcə Azərbaycanda yox, Gürcüstan
azərbaycanlıları (Borçalıda) üzərində də geniş şəkildə yayır. Hətta
Borçalıdakı soydaşlarımız Xomeyniçiliyin təsirinə daha asan
düşürlər.
Son proseslər İranın Borçalıda dini kanton yaratmaq istədiyini və
bunun üçün bütün vasitələri işə saldığını göstərir. (İranın Borçalıda dini kanton yaratmaq planı və
ayətullahların “yeni şeyxi”).
Publika.az bu gün Borçalıda dini vəziyyəti və
soydaşlarımızın üzləşdiklərini araşdırıb.
İran SSRİ dağılandan sonra regionda siyasi şiəliyi yaymaq
planlarını işə saldı və hələ 90-cı illərin sonları, 2000-ci illərin
əvvəllərində Qum və Məşhəddən Borçalıya dini emissarlar
göndərilirdi. Qafqaz Müsəlmanları İdarəsinin qanunauyğun olaraq
bölgədə dini hakimiyyətinin mövcud olması ayətullahların yolunu
bağlayırdı. Lakin 2011-ci ildə QMİ-nin Gürcüstandan çıxarılması
İranın bölgədə dini siyasətini həyata keçirməsi üçün münbit şərait
yaratdı.
Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (IWPR)
2005-ci ildə yayımladığı məqalə İranın Gürcüstan azərbaycanlıları
üzərində dini təbliğatının hələ uzun illər öncə başladığını sübut
edir.
İranın dini vaizlərinin Gürcüstanda Azərbaycan icmasına
fokuslandığı qeyd olunan məqalədə bildirilirdi ki, İrandan gələn
missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlir,
lakin reallıqda onların əsas ünvanı Kvemo-Kartli (Borçalı) bölgəsi
və paytaxtdır.
“Çoxları onların fəaliyyətindən qorxur. Yerli əhalinin əksər
hissəsi bu missionerlərin təbliğatının İranın təbliğatı olduğunu
düşünərək, onların fəaliyyətini salamlamır. Digərləri İrandan gələn
vaizlərin bölgədə şiə-sünni qarşıdurması yaratdığını hesab edirlər.
Azərbaycanlılar ehtiyat edirlər ki, İran missionerlərinin
fəaliyyəti onların icmasının parçalanmasına gətirib çıxaracaq.
Yerli sakinlər danışırlar ki, İran missionerləri 7-8 il öncədən
Gürcüstana gəlməyə başlayıblar. Onlar ilk növbədə şiə dini
adətlərini və bayramlarını təbliğ edir, dini mərkəzlər və
mədrəsələr açır, yerli tələbələrin İranda təhsil almasına kömək
göstərir və bir neçə dini təmayüllü qəzet və jurnalı
maliyyələşdirirlər”, - deyə məqalədə qeyd olunurdu.
İnstitutun araşdırmasına görə, İran vaizləri xeyriyyə fəaliyyəti
altında öz siyasi niyyətlərini gizlədirlər: “Onların əsas məqsədi
yerli müsəlmanlar arasında İran siyasətini yaymaq və şiələri digər
məzhəblərə qarşı qoymaqdır. Dini siyasətin nəticəsidir ki, son bir
neçə ildə Marneuli küçələrində İran üslubunda hicablı qadınlar
tez-tez görünür. Bəzi müşahidəçilərin fikrində, İranın təsiri ilə
Gürcüstanda Azərbaycan icması arasında dini dözümlülük yoxa
çıxır”.
Marneulidə fəaliyyət göstərən “Qeyrət” təşkilatının sədri Əlibala
Əsgərov isə İranın bölgədə şiə və sünni bölücülüyü saldığına diqqət
çəkirdi.
“Biz heç vaxt sünni və şiələrə bölünmürdük, həmişə bir-birimizin
yasına və toyuna gedirdik. Təəssüf ki, hər şey dəyişir və
məzhəbçilik bizi ayırır”, - deyə o bildirirdi.
IWPR yazırdı ki, artıq Gürcüstan azərbaycanlıları arasında sünni və
şiə kəndi olaraq ayrılıqlar baş verir, hətta çayxanalarda kişilər
qızğın məzhəb mübahisələri edirlər. (https://iwpr.net/ru/global-voices/gruziya-deyatelnost-iranskih-missionerov
).
İranın Gürcüstan azərbaycanlıları arasında hələ o dövrdən apardığı
dini təbliğatın bu gün müəyyən mənada hədəfinə çatdığı görünür.
Artıq Borçalıda azərbaycanlılar arasında şiə və sünni bölücülüyünün
olduğu və insanların bir-birinə bu baxış üzərindən yanaşdığı
deyilir.
Bu ilin 19 sentyabr tarixində İranın Borçalıda “şeyx” elan etdiyi
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovun
rəhbərliyi və İrandan gələn missionerlərin müşaiyəti ilə keçirilən
matəm yürüşü də bölgədə ayətullahların irəli sürdüyü siyasi
şiəliyin ciddi parçalanma yaratdığını göstərdi.İran azərbaycanlılar
arasında dini parçalanmanı əsasən bu şəxs və onun təşkilatında
cəmləşənlər vasitəsilə aparır.
Faktlar Gürcüstan azərbaycanlılarının gələcəyinin ciddi təhlükə
altında olduğunu göstərir.
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli də Publika.az-a
açıqlamasında bildirir ki, Gürcüstan azərbaycanlıları arasında dini
amilə görə parçalanma baş verir: “Borçalıda həm sünni, həm də şiə
məzhəbinə mənsub olanlar var. Lakin SSRİ vaxtı belə heç vaxt məzhəb
ayrımı olmayıb. Bölgədə “eloğlu” ifadəsi var idi və bu milli
kimliyi ehtiva edirdi. Sovetlər dağılandan sonra İran tədricən
bölgəyə girməyə başladı. QMİ Gürcüstandan çıxarılandan sonra isə
onların fəaliyyəti da genişləndi. İranın Qum və Məşhəd şəhərindən
gələn emissarlar siyasi şiəliyi, əslində şiəlik adı atında
Xomeyniçiliyi təbliğ etməyə başladılar. Bu gün Borçalıda siyasi
şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək
istəyənləri Məşhədə və quma aparırlar, onların maddi ehtiyacları
qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu
gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı
səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən
İrandan gələn dini ədəbiyyat paylanır”.
Z. Məmmədli qeyd edir ki, Gürcüstan hökuməti proseslərə seyrçi
mövqeyində yanaşır: “Ola bilsin azərbaycanlıların içində
parçalanması baxımından bu məsələdə maraqlıdırlar. Halbuki, bölgədə
heç vaxt sünni-şiə qarşıdurması olmayıb. İran siyasi şiəliyi
körükləyərək. Sünnilərlə üz-üzə qoyur, azərbaycanlılar arasındakı
şiə inanclı kəsimi öz təsirinə salır”.
Onun sözlərinə görə, Azərbaycan İslamın təməllərinə uyğun
maarifləndirmə ilə bu təhlükənin qarşısını almalıdır.
“Məcidlərə dini təbliğat Azərbaycandan göndərilməli, savadlı din
xadimləri azərbaycanlılar arasında İslamla bağlı sağam təbliğat
aparmalı və İranın təsiri aradan qaldırılmalıdır”, - deyə o diqqətə
çatdırıb.
Asif Nərimanlı
-
Magazin108:36
Aygün Kazımova fərqli obrazı ilə yenə təəccübləndirdi - FOTO
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AC QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ