Nida Təhlil
2019-cu il Qarabağda... - Dünya analitiklərindən GÖZLƏNİLMƏZ PROQNOZ
Dünyada gərginliyin olduqca yüksək olmasına baxmayaraq,
Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş sürprizlərin
olacağını proqnozlaşdırırlar.
Publika.az xəbər verir ki, 20 ildir biznes üçün qlobal
siyasi riskləri qiymətləndirən ABŞ-da “Eurasia Gruop” analitik
mərkəzi dünyada son onilliklər ərzində ən təhlükəli vəziyyətin
yetişdiyini qeyd edir. Lakin 2019-cu ilin kifayət qədər yaxşı
keçəcəyi qiymətləndirilir.
MDB İnstitutunun “Avrasiy strategiyaları” agentliyi də dünyanın
ümumilikdə qarşıdurmalar yaşadığına diqqət çəkir. Hərçənd, rusiyalı
analitiklər də bu il xoş yeniliklərin olacağını
proqnozlaşdırırlar.
Onların fikrincə, bu il münaqişələrin həllində və toqquşmaların
azalmasında mühüm il ola bilər.
“Xüsusilə Dağlıq Qarabağda, Suriyada, Ukraynada, Yəməndə və İranda
sakitlik hökm sürə və həll prosesi tapıla bilər”, - deyə rusiyalı
analitiklər vurğulayır.
Tədqiqatçılar Rusiya və Yaponiya arasında da sülh müqaviləsinin
imzalanması üçün yaxşı şəraitin yetişdiyini bildirirlər.
Burada diqqət çəkən məqam Dağlıq Qarabağ münaqişəsində bu il həll
prosesinin başlana biləcəyi proqnozudur. Münaqişə ətrafında belə
bir vəziyyətin yetişdiyi müşahidə olunur. Xüsusilə Azərbaycan
Prezidenti İlham Əliyevin “2019-cu il Qarabağ münaqişəsinin həlli
ilə bağlı dönüş ili ola bilər” açıqlaması proseslərin müsbət yöndə
getdiyi ehtimalını artırır.
Asif
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto





































.jpg)