Nida Təhlil
Azərbaycanın düşməndə XOF YARADAN ADDIMI - Erməni havadarları hərəkətə keçdi
Söz və mətbuat azadlığı, jurnalistlərin müdafiəsi prinsiplərini əsas tutduğunu iddia edən “Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri alqışlayan çağırış edib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yohann Bir bildirib ki, Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərin adını saldığı “qara siyahı”dan imtina etməlidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycan çox düzgün olaraq ərazisinə qanunsuz səfər edən ölkə vətəndaşlarını qara siyahıya salır və onların ölkəyə daxil olmasını qadağan edir:

“Bu, Bizim müstəqilliyimizə, ərazi bütövlüyümüzə dövlət səviyyəsində göstərilən hörmətdir. Dünyanın heç bir ölkəsinə həmin ölkənin hakimiyyət orqanlarının rəsmi icazəsi olmadan daxil olmaq olmur. Bu gün Ermənistan tərəfindən işğal olunun zona Azərbaycan ərazisidir. Baxmayaraq ki, biz orada fəaliyyət göstərə bilmirik, amma həmin əraziyə Azərbaycandan icazəsiz gedənlər ölkənin digər ərazilərinə girə bilməz. Bu siyasət öz səmərəsini verir. Həmin siyahıya düşən insanlardan bir qismi sonradan Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək yanlışlarını qəbul edir və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd edirlər. Eyni zamanda, vaxtaşırı xəbər yayılır ki, ya rəsmi şəxslər, ya digər vətəndaşlar qara siyahıya düşməkdən ehtiyat etdiklərinə görə Ermənistanın hakimiyyət orqanlarının siyasi provokasiyasına getmirlər. Bu, Azərbaycanın müstəqil dövlət kimi suveren hüququdur. Bundan sonra da belə olacaq. Hansısa xarici ölkənin qeyri-hökumət təşkilatı Azərbaycanın öz hüququnu müdafiə etməsinə görə ittiham edə bilməz. Bu, çox əcaib görünür. Nə beynəlxalq hüquqa uyğun gəlir, nə də demokratiya və hüquq anlayışına düz gəlir. Bununla adıçəkilən təşkilat Ermənistanın və xaricdəki erməni millətçilərinin maraqlarını qorumağa çalışır. Azərbaycanın ərazisinə qanunsuz şəkildə daxil olanlarla bağlı apardığı siyasət öz nəticəsini verdiyinə və müəyyən dairələrdə xof yaratdığına görə bu QHT Azərbaycana təzyiq göstərməyə çalışır. Azərbaycan öz daxili və xarici siyasətini təzyiqlə və yaxud kiminsə sifarişi ilə formalaşdırmır. Bu cür təzyiqlər ilk növbədə, özümüzün müstəqillik prinsiplərimizdən əl çəkməyə vadar etmək üçün edilir. Bu cəhdlər heç bir halda ölkəmiz özünün suveren hüquqlarından geri çəkilmək fikrində olmayıb”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)











.jpg)















.jpg)
.jpg)
