Nida Təhlil
Paşinyandan Qarabağda MÜHARİBƏ ANONSU - Erməni ekspert detalları açdı
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan
liderlərinin görüşə razı olduqlarını açıqladı. Görüşün yeri, vaxtı
və təfərrüatları naməlum olsa da, Dağlıq Qarabağ münaqişəsi
ətrafında baş verənlər yüksək səviyyəli təmasların qurulacağı
ehtimalını gücləndirir.
Publika.az xəbər verir ki, Minsk qrupunun bəyanatı fonunda
Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar diqqət çəkir.
Baş nazir Nikol Paşinyan İrana səfəri zamanı bildirdi ki,
Azərbaycan Prezidenti ilə görüş üçün gündəlik mövcud deyil.
O, yenə əvvəlki iddiasını irəli sürərək qeyd etdi ki, yalnız Dağlıq
Qarabağ danışıqların dəyərli tərəfi statusunu alacaqsa, o zaman,
danışıqlardan danışmaq mümkündür.
“Çünki mən “Qarabağ xalqını” təmsil etmirəm”, - deyə Paşinyan
bildirdi.
Onun İrana səfərinə paralel olaraq Ermənistanın milli təhlükəsizlik
xidmətinin direktoru Artuq Vanesyan Azərbaycanın işğal edilmiş
ərazilərinə səfər etdi və bəyan etdi ki, “ərazilərin bir qarışının
belə qaytarılmasından söhbət belə gedə bilməz”.
Bu, faktiki olaraq münaqişə ətrafında yaranmış müsbət atmosferin
dağılması və müharibə qapısının açılması deməkdir.
Erməni siyasi şərhçi Aram Amatuni də yazır ki, İrəvan danışıqlar
yolunu bağlayır və müharibə qapısını açır.
“O zaman sual yaranır, 25 il ərzində Ermənistan “Madrid
prinsipləri” üzrə danışıqlara gedirdi, lakin “aprel müharibəsi”
niyə baş verdi? Burada velosipedi yenidən ixtira etməyə, yaxud qara
otaqda qara pişiyi axtarmağa ehtiyac yoxdur. “Aprel müharibəsi”
danışıqların məntiqi üzrə baş verdi. Bundan sonra nələr olacaq? Bu
sualın cavabı Ermənistanın dövlət kimi inkişafından asılıdır. Çünki
rəqiblə rəqabət danışıqlar masasında yox, inkişafdadır. Bir
dövlətin inkişafının 4 sütunu var: ordu, iqtisadiyyat,
ictimai-siyasi sistem və mədəni sima. Rəqabət, yaxud rəqiblə
mübarizə dövlət keyfiyyətlərinin effektivliyindən asılıdır. Rəqib
bu 4 sütunda bizdən yüksəkdədir. Ermənistan nə edəcək, bu
istiqamətdə rəqabətə davam gətirə biləcəkmi?”, - deyə o
bildirib.
Amatuni qeyd edib ki, Ermənistan bu rəqabətə “sprinter” yox,
marafon məntiqi ilə baxmalıdır: “Yəni son yaxın deyil, uzaqdır,
hətta görünməyəndir. Əgər biz dövlət kimi məntiqli hərəkət etməsək,
bizim üçün son hər gün olacaq”.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)
.jpg)