Nida Təhlil
Azərbaycan Ordusu məhdud sayda şəxsi heyəti ilə düşmən təxribatının qarşısını alarkən... - ŞƏRH
“Aprel hadisələri” Azərbaycan Ordusunun məhdud sayda şəxsi heyəti ilə düşmən təxribatının qarşısını alarkən belə hansı gücə, nəyə qadir olduğunu göstərdi və nələr edə biləcəyini dünyaya nümayiş etdirdi”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.
Ekspert 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycanın Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlərdə əldə etdiyi nailiyyətlərdən, əməliyyatların hərbi və siyasi tərəflərindən danışıb:
“Hər kəs “Aprel hadisələri”ni döyüş adlandırır. Ancaq 2016-cı ildə hərbi terminlə desək, hansısa böyükmiqyaslı bir döyüş olmayıb. Azərbaycan Ordusu sadəcə düşmənin təxribatçı addımlarının qarşısını almaq üçün onu susdurub və lokal xarakterli əməliyyat həyata keçirib. Döyüş, bütövlükdə, tamam başqa anlama gəlir. Əgər orda sözün əsl mənasında döyüş olsaydı, nəticə də tamam fərqli olardı. Bu gün biz Qarabağın tam işğaldan azad edilməsi haqqında danışa bilərdik. Sadəcə olaraq, Azərbaycan danışıqlar prosesinə sadiq qaldığına görə, düşmənin mülki obyektləri, insanları atəşə tutmasının qarşısını almaq üçün belə bir addım atıldı, müharibə başlanmadı. Hər iki tərəf ağır silahlardan istifadə etdiyinə görə itkilər oldu. Əlbəttə ki, itkilərimiz bizi dərindən ağrıdır. Allah şəhidlərimizə rəhmət eləsin!

2016-cı ilin aprelindəki əməliyyatlar sadəcə Azərbaycan Ordusunun məhdud sayda şəxsi heyəti ilə düşmən təxribatının qarşısının alınması məzmunu daşıyır. Lakin biz bununla kifayətlənməyib düşmənin müdafiə mövqelərini yararaq onları ciddi şəkildə cəzalandırmışıq. Qısa müddətdə xeyli işğal olunmuş ərazi Azərbaycanın nəzarətinə geri qaytarıldı. Çoxlarını bir sual maraqlandırır ki, niyə bu əməliyyatlar dayandı, niyə müharibə olmadı? Bu, artıq məsələnin siyasi tərəfidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya Azərbaycandan xahiş etdi ki, çoxlu itkilərin olmaması üçün hərbi əməliyyatlar dayandırılsın. Guya bundan sonra ortaya konkret nəticələr qoyulacaqdı. Amma sonradan biz bir daha əmin olduq ki, rəsmi Moskva bu dəfə Azərbaycana qarşı qeyri-səmimi davrandı. Sülh qrupunun həmsədri kimi yox, daha çox Ermənistanın himayədarı kimi çıxış etdi. Bu da onu sübut edir ki, Azərbaycan Ordusu məhdud sayda şəxsi heyəti ilə düşmən təxribatının qarşısını alarkən belə istədiyi nəticəni əldə edə bilər.
Bu hadisələr, birinci növbədə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün bir mesaj idi ki, Azərbaycan Ordusu dünyanın ən aparıcı ordularının şəraitinə malikdir. Bu, sözdə deyil, Azərbaycan Ordusunun arsenalında olan silah-sursat bu gün kifayət edir ki, ölkəmiz öz ərazilərini işğaldan azad etsin. Adətən, bu sözü deyəndə reaksiya gəlir ki, bəs Azərbaycan niyə bunu etmir? Başa düşmək lazımdır ki, bizi bu gün dünyada haqlı olduğumuz halda haqsız çıxarırlar. Adicə öz ərazimizdə anti-terror əməliyyatına başlasaq, supergüclər: Amerika, Fransa, Rusiya başda olmaqla, Azərbaycana qarşı təzyiq mexanizmini işə salacaqlar. Demirəm ki, güc tətbiq edəcəklər. Bu, iqtisadi, maliyyə sanksiyaları da ola bilər. Lakin bununla belə, Azərbaycan Ordusu tam hazır vəziyyətdədir. Ermənistan bundan sonra dayanmadan on il də çalışsa, Azərbaycanın əldə etdiyi gücə sahib ola bilməz”.
Zümrüd
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək










.jpg)






















.jpg)


