Nida Təhlil
Azərbaycan dünya üçün tolerant, multikultural bir ölkədir - ŞƏRH
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti istər ordu quruculuğu, istərsə struktur, demokratik islahatlar olsun, təkcə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində məhdudlaşmır. Bu, bütövlükdə, region və dünya üçün atılan nümunəvi addımlardır”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, İlham Əliyevin həyata keçirdiyi siyasətdə, ilk növbədə, Azərbaycanın milli və dövlətçilik maraqları yüksək səviyyədə qorunur: “Azərbaycan dövlətinin milli maraqları dünyaya inteqrasiya fonunda, qonşu dövlətlərlə - Ermənistan istisna olmaqla, dünya dövlətləri ilə sıx əməkdaşlıq üzərində, demokratik prinsiplər əsasında qurulub. Eyni zamanda, İlham Əliyevin apardığı daxili siyasətlə yanaşı, xarici siyasəti də təkcə Azərbaycanın deyil, digər ölkələrin də maraqları qarşılıqlı fayda əsasında qurulur. Bu gün Əliyevin ölkə iqtisadiyyatı üçün təməlini qoyduğu regional əhəmiyyətli layihələr: TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, Cənub Qaz Dəhlizi, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi və bu kimi böyük işlər onun prinsipial mövqeyinin nəticəsində əldə olunub".

Aydın Hüseynov qeyd edib ki, bu layihələr iqtisadi səmərə verməklə yanaşı, xalqları bir-birinə yaxınlaşdırır, mədəniyyətləri bir-birinə qovuşdurur: "Azərbaycan dünya üçün eyni zamanda, tolerant, multikultural bir ölkədir. İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında bu faktorlar dayanır. İstər ordu quruculuğu sahəsində olsun, istərsə struktur, demokratik islahatlar olsun, təkcə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində məhdudlaşmır. Bu, bütövlükdə, region üçün, dünya üçün atılan nümunəvi addımlardır. Prezidentimizin apardığı siyasət, əlbəttə, dünyanın da diqqətini cəlb edir və İlham Əliyevin fəaliyyəti müsbət qiymətləndirilir”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

