Nida Təhlil
İsmayılov Kərimlinin müxbiri rolunda: xalqı aldadanların dövlətə qarşı oyunu
Stəkanda fırtına yaratmaq istəyənlərin “İçərişəhər” oyunu isbat olundu: “tariximizi sökürlər” deyə təqdim edilən fotolar əslində 7 il öncə tariximizi bərpa etmək üçün aparılan inşaat işlərindən çəkilmiş kadrlar idi. Dövlət öz tarixini qoruyur və min illərin Qala divarları “tariximiz dağıdılır” iddiaları üzərindən kampaniya aparanlara inad öz əzəməti ilə yerində ucalmaqdadır.
Diqqətçəkən məqam “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin köhnə fotolar üzərindən aparılan kampaniyanı sübutlarla təkzib etməsinə və ictimai rəydə baş verənlərə aydınlıq gətirilməsinə rəğmən, “fototəxribata” əl ataraq, gərginlik yaratmaq istəyənlərin geri çəkilməməsi, məsələni müxtəlif rakurslardan şişirtməyə cəhd etməsidir. Baş verənlərin mahiyyətini anlamaq üçün prosesə əvvəldən baxmaq və bu təxribatı kimlərin ortaya atmasını araşdırmaq lazımdır:
AXCP sədri Formula 1 yarışlarına sayılı günlər qalmış manipulyativ yolla ictimai rəyi çaşdırmağa cəhd etdi. Lakin cəmiyyətin diqqət mərkəzinə düşə bilmədi.
Bu manipulyativ gedişdən bir neçə gün sonra – Formula 1 yarışlarına 2 gün qalmış “İçərişəhər sökülür” başlıqları altında 7 il öncəki inşaat işlərindən çəkilmiş fotolar sosial şəbəkələrdə dövriyyəyə buraxıldı və gündəmə çevrildi.
Bu xronologiya oyunun eyni mərkəzdən idarə olunduğuna dəlalət edir. “Fototəxribatı” yayan şəxsin kimliyi də buna şübhə yeri qoymur: Aslan İsmayılov.
Hüquqşünas, bloqer, siyasətçi.... Bütün peşələrlə məşğul olduğu və son dövrlər əsas işinin ictimai rəyi çaşdırmağa yönəldiyi müşahidə olunan İsmayılov aprelin 24-də “tariximiz dağıdılır” hay-küyünü tirajladı, ardınca “hadisə yerinə” baş çəkdi, bununla da kifayətlənmədi, müxtəlif adamlar göndərdi və sosial şəbəkələrdə “canlı yayımlar” təşkil etdi. Hətta hadisənin mahiyyəti aydınlaşandan sonra belə kampaniyanı davam etdirir.
İsmayılov kampaniyanı gündəmdə saxlamaq üçün baş tutmayan “fototəxribat”dan sonra İçərişəhərdəki restoranların üzərinə hücuma keçdi. İddia etdi ki, “niyə Qala divarlarının yanında restoranlar fəaliyyət göstərir?”. Halbuki, dünyanın bütün ölkələrdə turistlərin ziyarət etdiyi qədim tikililərdə restoran və iaşə obyektlərinin fəaliyyət göstərməsi yayılmış təcrübədir. Təcrübəyə görə, turistlərə gəzmək üçün bir, dincəlmək üçün başqa məkan təklif etmək səmərəli olmur. Bunu İsmayılov da anlayır və onun özünün də dəfələrlə İçərişəhərdə gəzərkən oradakı restoranların birində şam yeməyi yediyini ehtimal etmək çətin deyil. Şam etdiyi və dincəldiyi restorandan çıxandan sonra “tarixi təəssübkeşliyə” başlamaq İsmayılovun vaxtilə hakimiyyət dəhlizlərində “qırmızı xalı” üzərində addımladığını, daha sonra üzərində yeridiyi xalının qiyməti haqqında danışmasına bənzəyir...
Mahiyyətcə eynidir, Əli Kərimlinin vaxtilə hakimiyyətlə danışıqlara getməsi, maraqları təmin olunmayanda isə qapılarını döydüklərinin əleyhinə çıxması ilə İsmayılovun etdikləri arasında fərq yoxdur. İsmayılovun İçərişəhər kampaniyasına ilk olaraq Kərimlinin dəstək verməsi bu eynilikdən irəli gəlir. Və müşahidə olunanlar İsmayılovun Kərimlinin müxbiri rolunda çıxış etdiyini göstərdi: biri çəkir, digəri yayır.
Bütün problemləri siyasiləşdirmək, problem olmayanda yenilərini “icad etmək” və bunun üzərindən hakimiyyətə hücum etmək...
Onlar siyasi ambisiyaları uğruna ictimai rəylə oynadılar və burada məsələ hakimiyyət yox, dövlət maraqlarına qarşı oynanılan oyundur. Çünki kampaniyanın zamanı və yeri təsadüfi seçilməmişdi...
Bakıda Formula 1 yarışları keçirilir və bu yarışlar indiki hakimiyyətin yox, Azərbaycan dövlətinin imicinə, gələcəyinə yatırılan kapitaldır. İçərişəhər təxribatı məhz Formula 1 yarışlarına və bunun üzərində hakimiyyətə hücum motivi idi. Gerçəklikdə isə bu hücum dövlətin maraqlarına qarşı edildi.
Göründüyü kimi, Aslan İsmayılov və Əli Kərimli tandemi siyasi ambisiyaları üçün dövlət maraqlarını belə tapdamaqdan çəkinmirlər. Birincinin məqsədi hakimiyyətdən qisas almaq, ikincinin məqsədi hakimiyyətə gəlmək üçün ictimai asayişin pozulmasına zəmin yaratmaqdır... Və onlar bu məqsədləri naminə Azərbaycan xalqını aldatmağa cəhd etdilər.
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ














.jpg)












