Nida Təhlil
Prezidentin apardığı dövlət siyasətinin təməlində insan amili dayanır - Deputat
“Ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır. Təbii ki, iqtisadiyyatı güclü olan ölkənin vətəndaşının yaşayış səviyyəsi də yüksəlməlidir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər, həmçinin Gənclər və idman komitəsinin üzvü Azər Badamov səsləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamların əhəmiyyətindən danışan millət vəkili bildirib ki, cənab prezidentin apardığı dövlət siyasətinin təməlində də insan amili dayanır:

“Ölkənin artan iqtisadi gücünün inkluziv şəkildə əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsi arasında sosial ədalət prinsipinə uyğun bölüşdürülməsi ölkə başçısının imzaladığı sərəncamların əsas məzmununu təşkil edir. Bu ilin əvvəlində İlham Əliyevin imzaladığı sosial paket çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artıb. Amma bu paketin imzalanmasından sonra qeyd olundu, bu, son deyil. İl ərzində yeni artımların şahidi olacağıq. Artıq ötən gün ölkə başçısı növbəti sosial artımla bağlı sərəncam verdi. Sərəncama uyğun olaraq ölkədə minimum əməkhaqqı 70 manat artırıldı və 250 manata çatdırıldı. Minimum əməkhaqqının və dövlət büdcəsindən maliyyələşən qurumların əməkhaqlarının artırılması ilə bağlı imzalanmış növbəti sərəncamlar da ümumilikdə, 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcək. Bu da onların ailə büdcəsinin artması deməkdir”.
Azər Badamov qeyd edib ki, minimum əməkhaqqı və alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb: “Əsası da bundan ibarətdir ki, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, infilyasiya minimum həddə qalıb. Bu da əhalinin artan pul gəlirlərli fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir. Məqsəd ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasından ibarətdir. Son 5-6 ayın göstəriciləri onu deməyimizə imkan verir ki, Azərbaycan vətəndaşına istiqamətlənmiş dövlət siyasəti ölkə əhalisinin rifahını kifayət qədər yaxşılaşdırıb. Bu da vətəndaşların məmnunluğuna səbəb olur. Vətəndaşı yaxşı yaşayan ölkənin, əlbəttə ki, gücü, nüfuzu günü-gündən artacaq”.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)






















