Nida Təhlil
Millət vəkili neftçiləri təbrik etdi - FOTO
"Bu gün Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində əlamətdar bir tarixi hadisənin - dəniz neft sənayesinin 70 illiyi qeyd olunur. 1949-cu ilin noyabrın 7-də “Möcüzələr adası” hesab edilən Neft Daşlarında ilk neft quyusunun istismara verilməsi ilə respublikamız dünyada açıq dənizdə neft çıxarılmasının əsasını qoydu".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib.

Deputat bildirib ki, bununla da qəhrəman neftçilərimizin qətiyyətli və gərgin əməyi sayəsində polad dirəklər üzərində “Neft Daşları” adlı qəsəbə salındı: "Ötən müddət ərzində Neft Daşları yatağından ümumilikdə 176 milyon ton neft və 13,6 milyard kub metr qaz hasil edilib. Bundan sonra neftçilərimizin bu təcrübəsindən dünyanın neft istehsal edən digər ölkələri də bəhrələnməyə başladılar. Ümummilli lllider Heydər Əliyevin müdrikcəsinə müəyyənləşdirdiyi və uğurla həyata keçirilməsinin təməlini qoyduğu yeni neft strategiyası Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində inkişaf edərək ölkəmizin iqtisadi, siyasi və beynəlxalq nüfuzunu durmadan artırır. Bu əlamətdar yubiley münasibəti ilə neftçiləri təbrik edir, onlara işlərində və həyatlarında böyük uğurlar arzulayırıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)






.jpg)





















.jpg)
.jpg)
