Nida Təhlil
Dünya dini liderləri Bakıda: Azərbaycan bəşəriyyətin xilas modelini təqdim edir
Bura nə İslam fundamentalizminin hökm sürdüyü Yaxın Şərqdir, nə də ultra-liberalizmin bir çox hallarda bütün dəyərləri alt-üst etdiyi Qərb. Bu, Azərbaycandır, Şərqlə Qərbi birləşdirən körpü.
Ümummilli lider Heydər Əliyevin bildirirdi ki, “İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Bu gün Azərbaycanda bütün dinlər dövlət tərəfindən qorunur, bütün icmalar sülh şəraitində yaşayır. Bu, multikulturalizm və tolerantlıq mühiti Azərbaycanın dünyanın indiki mənzərəsi fonunda bəşəriyyətin xilası üçün əsas model olduğunu təsdiqləyir. Bunun sübutu kimi bir neçə il öncə baş vermiş bir hadisəni xatırlamaq zərurəti var.
4 il öncə - 2015-ci ildə Qərb paytaxtlarında müsəlmanlar təqib edilir, İslamofobiya sürətlə artmağa başladı. Paris küçələrində İslam peyğəmbəri təhqir olunurdu. Həmin vaxt Bakıya güclü qar yağmır və təbiət hadisəsi nəqliyyatın hərəkətini məhdudlaşdırmışdı. İki gənc sübh çağı kilsəyə gedən yolu qardan təmizləyir, ibadətə gedənlərin rahat yeriməsi üçün yol açırdı.
Dünyaya bu qədər sadə və gözəl humanizm örnəyi yalnız Azərbaycan göstərilə bilərdi. Çünki bu ölkə əsrlər boyu hər kəsin dini inancına, etnik tərkibinə hörmətlə, sevgi ilə yanaşıb. Bu ölkədə birinci şəxsdən tutmuş, sadə vətəndaşa qədər hər kəs qarşılıqlı hörmət, etibarla yaşayır.
Dünyanı isə Yaxın Şərqdəki müharibələr, Avropada miqrant problemi bürüyüb və bütün bunların başlıca və səbəbi də məhz millətlərarası və dinlərarası qarşıdurmadır. Belə bir vaxtda bəşəriyyətin gələcəyi üçün multikulturalizm və tolerantlıq əsas xilas yoludur.
Azərbaycan məhz bu xilaskarlıq missiyasını üzərinə götürüb. Dünən öz işinə başlayan “Dünya dini liderlərinin II Bakı Sammiti” bəşəriyyət üçün mühüm platforma rolunu oynayır. Sammitdə 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lideri və təmsilçiləri, eləcə də 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edir.
Artıq ikinci dəfədir Bakıda keçirilən Sammitin əsas məqsədi dünyada dinlərarası münasibətləri və əməkdaşlığı müzakirə etmək, problemlərin həll yollarını tapmaq, bir sözlə bəşəriyyətin gələcəyi naminə dialoqdur.
Sammitdə iştirak edən Prezident İlham Əliyev bildirib ki, Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir: “Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”.
Bu torpaqlarda min illərdir müxtəlif millətlər, dinlər bərabər və sülh şəraitində birgə yaşayır. Əhalinin 96 faizi müsəlman olsa da, İslam dini ilə yanaşı, digər ənənəvi və qeyri-ənənəvi dinlərin etiqad azadlığı da bərtabər şəkildə qorunur. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının ən mərkəzi küçələrinin birində erməni kilsəsi fəaliyyət göstərir. Halbuki Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan həmin ərazilərdəki nəinki məscidləri, insanların qəbirlərini belə dağıdıb. Atalarının, analarının qəbirləri dağıdılan, evlərindən, doğma yurdlarından didərgin düşən insanlar həmin erməni kilsəsini yerlə-yeksan edə bilər. Lakin Azərbaycan xalqı üçün həmişə əsas olan bir məsələ var: tolerantlıq, başqasına aid inanclara hörmət, bəşəri dəyərlərə qiymət. Bu ölkənin əsrlər boyu ayaq üstə qalmasında ən mühüm rol oynayan amillərdən biri də məhz budur.
Azərbaycan İslam dininin qorunması, dünyada təbliği və genişlənməsi üçün ciddi iş aparan ölkə olaraq İslam aləmində də xüsuisi seçilir. Sovet dövründə ölkədə cəmi 17 məscid olmasına baxmayaraq, müstəqillik dövründə onların sayı iki minə çatdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib.
1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulubdur. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən əsaslı şəkildə yenidən qurulub. 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Dövlət başçısının sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində, həmçinin, Gəncə şəhər İmamzadə əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıbdır. Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunubdur.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvü olaraq İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. Təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edildi. Həmçinin, İSESKO tərəfindən 2018-ci il üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” elan olunub. Gəncə və Şəki də “İslam mədəniyyətinin paytaxtları” layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın İslam dininin və mədəniyyətinin qorunduğu, İslam dünyasında önəmli rol oynayan ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir. Yaxın zamanlarda Bakıda İSESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaq. Azərbaycan müsəlman aləmində ilk ölkə olaraq, Vatikanda öz sərgisini nümayiş etdirməsi də ölkəmizin İslam dünyasındakı mühüm rolunu isbat edir.
Bunun fonunda bütün dinlərin sülh içində və bərabərhüquqlu yaşadığı multikultural şərait diqqət çəkir. Azərbaycanda dini azadlıq konstitusiya ilə qorunur. Əsas Qanunun 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Dinlərarası, millətlərarası əlaqələrin inkişafında mühüm rol oynayan Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib.
2008-ci ildə başlanan “Bakı prosesi” isə dünya üçün ən əhəmiyyətli platformaya çevrilib. Təsadüfi deyil ki, BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısı keçirilərkən, Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin də mədəniyyət nazirləri dəvət edildi, beləliklə, ilk təmas yarandı. Həmin vaxtdan etibarən bu təmaslar sıxlaşdırıldı və ötən il 10 illiyi qeyd olunan “Bakı prosesi” artıq bəşəriyyət üçün əsas dialoq platforması rolunu oynayır.
“Dünya dini liderlərinin II Bakı Sammiti” də əslində Azərbaycanın beynəlxalq səviyyədə dinlərarası əməkdaşlığa, multikulturalizmə verdiyi töhfənin davamıdır. Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları müzakirə olunur.
Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı vurğuladı ki, Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq.
“Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”, - Azərbaycan lideri bununla dünyaya sülh mesajı verdi.
Beləliklə, Azərbaycan bəşəriyyətin xilası üçün yeni örnəklərdən birini təqdim edir.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO