Nida Təhlil
Xaricə köçən azərbaycanlılara ŞOK XƏBƏR: çox sayda vətəndaş həbs və deportasiya OLUNACAQ
Xəbər verdiyimiz kimi, ötən günlərdə Almaniyada mühacir biznesi ilə məşğul olan xeyli sayda azərbaycanlı saxlanıb və bəziləri haqqında Almaniya məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı politoloq, beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlama verib.

Ekspert bildirib ki, indi mühacir biznesi ilə bağlı çox şey danışmaq olmaz: "Sadəcə onu demək olar ki, Almaniya qanunvericiliyində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbiri seçilirsə, deməli, həmin şəxsin cinayət törətməsi ilə bağlı şübhə böyükdür. Əgər ciddi şübhə olmasaydı, hər halda o şəxslər barəsində həbs qətimkan tədbiri seçilməzdi".
Fərhad Mehdiyevin sözlərinə görə, Azərbaycandan qanunsuz yollarla gedən miqrantlar vətəndaşlıq almayıblarsa, onları deportasiya etmək olar: "Əgər vətəndaşlıq alıblarsa, onları deportasiya etməyəcəklər. Bir məsələ var ki, ola bilsin, onlar cinayət məsuliyyətinə cəlb olunsun. Belə olan halda, Almaniya həbsxanalarında cəzalarını çəkdikdən sonra deportasiya olunacaqlar. Bildiyim qədərilə, bu şəxslərin çoxu Almaniya vətəndaşlığı almayıblar. Bu, o deməkdir ki, onlar böyük ehtimal deportasiya olunacaqlar. Ancaq bu prosesdən əvvəl cəza çəkmə ehtimalları da yüksəkdir".
Ekspertin sözlərinə görə, onların ailələri ilə birgə deportasiya olunma ehtimalları da var: "Mühacirət elə bir şeydir ki, ailə başçısına mühacir statusu verilirsə, o zaman həmin şəxsin ailə üzvlərinə də həmin status verilir. Ailə üzvlərinin orada qalması ancaq bu halda mümkündür ki, onlar özləri siyasi təqibə məruz qalsın. Bu ehtimal olduqca aşağıdır. Onu da deyim ki, Almaniya orqanları həmişə bu cür şikayətləri, müraciətləri peşəkarcasına, diqqətlə araşdırır. Ən son məlumatlara əsasən bir qənaətə gəlirlər. Çünki ən çox mühacir məhz Almaniyaya müraciət etdiyinə görə bu, belə olur".
Hüquqşünas bildirib ki, mühacirət hüququ ölkədən-ölkəyə fərqlənir. Ailə başçısının özü mühacirət hüququndan məhrum edilirsə, onun cəza çəkdiyi müddətdə ailəsinin geri göndərilmə ehtimalı yüksəkdir.
Məhərrəm Əliyev
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi


















.jpg)











.jpg)
.jpg)





