Nida Təhlil
Fazil Mustafa: “Ümid edək ki, növbəti seçkilər...”
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Həmin gün Konstitusiya Məhkəməsinin Palatasının iclasında sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacağı barədə qərardad çıxarılıb.
Millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında bildirib ki, Milli Məclisin buraxılma qərarı çoxluq təşkil edən partiyanın fəaliyyətini dayandırması ilə bağlıdır: “Belə halda arifmetik olaraq 83 nəfərdən aşağı düşür, yetərsay olmur və Milli Məclis qərar qəbul etmə potensialına sahib olmur. Ona görə də avtomatik buraxılması tələb olunub. Bunun başqa şərhi yoxdur. Partiya dediyi kimi bu, siyasi, hüquqi qərardır. Yəni partiya islahatlara dəstək vermək məqsədilə yenilənmək istəyir. Parlament tərkibini yeniləmək istəyir. Digər tərəfdən də fəaliyyətini dayandırır, hüquqi cəhətdən də fəaliyyət mümkün olmur. Bu qərar məncə normal prosedurdur. Ümid edək ki, növbəti seçkilər daha yeni islahatlara dəstək verən yeni vitrinli parlament formalaşdıracaq.
Biz bu qərarı normal qarşıladıq. Partiyamız istənilən seçkiyə hazır olmalıdır. Yeni parlamentin hansı yeniliklər gətirəcəyini deyə bilməyəcəm. Çünki seçkinin daha keyfiyətli parlament seçməsi, daha hazırlıqlı insanları parlamentə gətirməsi onun rəyindən asılı olacaq. Ona görə də bunu indidən demək mümkün deyil”.
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi






































