Nida Təhlil
Qalmaqal səngiyəcək, çünki Trampın... - ŞƏRH
“Gələn il ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı tərəflər impiçment məsələsindən istifadə etməyə çalışacaqlar”.
Bunu Publika.az-a açıqlamasında ABŞ prezidenti D.Trampa qarşı impiçment prosedurunu təhlil edərkən politoloq İlqar Vəlizadə deyib.
O, Demokratların impiçment təşəbbüsünün Senatda qəbul edilməyəcəyini qeyd edib: “Konqresdə Demokratlar üstünlük təşkil edirlər. Ona görə də onların təşəbbüsü ilə qəbul olunmuş bu addım Konqresə asanlıqla keçib. Amma iş orasındadır ki, impiçment proseduru Senatın rəyini də nəzərə alır. Senatda isə Respublikaçılar çoxluq təşkil edir. Digər tərəfdən yaxın tarixdə Klintonun impiçmenti ilə bağlı belə bir vəziyyət yaranmışdı. Həmin ərəfədə Klintonun əleyhinə Respublikaçılar təşəbbüs irəli sürmüşdülər. Konqresdə isə məhz onlar üstün mövqedə idilər. Ona görə də Respublikaçılar həmin addımı atmağa nail olmuşdular. Amma Senatda əksinə, Demokratlar çoxluq təşkil edirdilər. Sonda onlar həmin təşəbbüsü bloka atdılar. Bu dəfə isə fərqli vəziyyət yaranıb. Qalmaqal səngiməyə başlayacaq. Demokratlar deyəcək ki, baxın, Respublikaçılar inzibati amillərdən istifadə edərək buna yol verməyiblər. Respublikaçılar isə əksini deyəcəklər: “Baxın, yanlış, yalan təşəbbüsün axırı belə olur””.
Politoloq bildirib ki, bütün hallarda Trampın reytinqi aşağı səviyyədə ölçülmür: “Prezidentin reytinqi 43-45% təşkil edir. Bu da o deməkdir ki, heç də hamı Amerikada məlum təşəbbüsü dəstəkləmir. Bu da Trampa imkan verir ki, seçkiqabağı proqramını uğurla davam etdirsin”.
İlqar Vəlizadənin fikrincə, Trampın Amerikada mövqeyi kifayət qədər güclüdür və ABŞ prezidentinin istefaya göndərilmə ehtimalı çox aşağıdır: “ABŞ Konstitusiyasına görə, prezident istefaya göndərilsə, onu vitse-prezident əvəz edir. ABŞ-ın 37-ci prezidenti Riçard Nikson hakimiyyətdən gedəndən sonra onu vitse-prezident C.Ford əvəz etmişdi. Ancaq Tramp populyar adamdır. Onun addımları birmənalı qarşılanmasa da, insanların çoxu tərəfindən dəstəklənir. Tramp qeyri-adi siyasətçidir. Qeyri-adi təşəbbüslər irəli sürür. Yenə də Amerikanın mənafeyini qoruyaraq bunu edir. Ona görə düşünmürəm ki, onun mövqeyi zəifləsin. Əksinə, Tramp belə hadisələri öz xeyrinə dəyişməyə çalışır. O, güclü politoloqlar və komanda ilə işləyir”.
Məhərrəm Əliyev
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)