Nida Təhlil
Ermənistan böyük fəlakətlə ÜZ-ÜZƏ: Orduda hər an üsyan baş verə bilər və... - Ekspertdən ŞOK
“Əgər baş nazir səviyyəsində qapalı müşavirə keçirilirsə, deməli vəziyyət elə kritik həddə çatıb ki, orduda istənilən vaxt üsyan baş verə bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında Ermənistan ordusundakı vəziyyəti şərh edərkən hərbi ekspert Üzeyir Cəfərli deyib.

Ekspertin sözlərinə görə, Ermənistan ordusunda vəziyyət daha da pisləşəcək: “Bədnam qonşumuzun ordusunu tanıtmağa ehtiyac yoxdur. Paşinyan son zamanlar işğal olunmuş Azərbaycan ərazilərinə gedir və öz oğlu ilə müdafiə nazirinin oğlunun orada xidmət keçməsi ilə bağlı paylaşımlar edir. Bütün bunlar onu deməyə əsas verir ki, hər şey daxili auditoriya üçün hesablanmış bir oyundur. Hər kəs yaxşı bilir ki, bütün parametrlər üzrə Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında duruş gətirməsi qeyri-mümkündür. Azərbaycanın Silahlı Qüvvələri həm insan resursları, həm də silah-sursat üzrə düşməndən qat-qat güclüdür. Yanvarın 7-də Ucar rayonundan olan Fərzəli Fərzəliyevin Qazax istiqamətində snayper atəşi ilə qətlə yetirilməsindən sonra cavab olaraq düşməni cəzalandırma metodunu həyata keçirdik. Yəni onların törətdiyi təxribata qarşı Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi tərəfindən lazım olan addımlar atıldı. Bunu davam etdirməliyik, çünki Ermənistan və onun havadarları Azərbaycana qarşı düşmən münasibətdədir”.
Ü.Cəfərli bildirib ki, Ermənistanda əsgər çatışmazlığı problemi mövcuddur: “Təminat bərbad gündədir. Davamlı baş verən hadisələr onu deməyə əsas verir ki, düşmən ordusu nə qədər çalışsa da, vəziyyətdən çıxmaqda acizdir. Rusiya tərəfindən bəzi silah-sursatın və texnikanın onlara verilməsi o demək deyil ki, bu ordunun gücü var. Su-30 qırıcıları aldılar, iki-üç il əvvəl “İskəndər-M” əməliyyat-taktiki komplekslərindən dəm vururdular. Ancaq sonradan məlum oldu ki, bu, Rusiyanın 102-ci bazasından paradda nümayiş etdirmək üçün verilən “İsgəndər-E” raketləridir. Rəhbərlik başa düşür ki, ölkə bu gedişlə özünü bədbəxt günə qoyacaq”.
Hərbi ekspert 2020-ci ildə Ermənistan ordusunda çox böyük fəlakətlərin olacağını proqnozlaşdırır: “Bu fəlakətlərdən biri də özünü açıq şəkildə büruzə verən narazılıqlardır. Ermənistandan gələn və Qarabağdan olan əsgərlər arasında nizamnamədən kənar münasibətlər pik həddə çatıb. Yəni, şərəf və ləyaqəti alçaltmaq halları daha da artıb. Onlar bir-birlərini həzm edə bilmirlər. Paşinyanın da çalışdığı odur ki, Dağlıq Qarabağda baş verə biləcək forsmajor halların qarşısını alsın. Baş naziri qarşıda o qədər də xoş olmayan aqibət gözləyir. Bunu ordu ilə müəyyən narazılıqlar olacağı təqdirdə istisna etmək olmaz. Paşinyanın daxildə buraxdığı çox ciddi səhvlər var. Məsələn, Robert Koçaryanın həbsi, Serj Sarkisyanın tərəfdarlarına qarşı atılan addımları göstərmək olar. Nikol təcrübəsizdir, özünü ictimaiyyətə göstərmək üçün bəzi hərəkətlər edir və bəzən də bu hərəkətlər ziyanına işləyir. Onun siyasətçi kimi yetişməsi üçün illər lazımdır. Düşünmürəm ki, Ermənistan kimi qəliz daxili mühiti olan cəmiyyətdə Paşinyan uzun müddət duruş gətirə bilər”.
Tağı Həsənov
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı


































.jpg)
.jpg)

.jpg)