Nida Təhlil
İtaliya Qarabağ mövzusunda Azərbaycana tam dəstək verir - ŞƏRH
“Düşünürəm ki, bu səfər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə müsbət təsir göstərəcək”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib.
Politoloq səfərin əhəmiyyətindən danışıb: “20-21 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri olduqca əhəmiyyətli bir olaydır. Səfər çərçivəsində bir çox sənədlər imzalandı və danışıqlar aparıldı. Danışıqların bir qismi Azərbaycan-İtaliya əlaqələrinə aid edildi. Digər qismi isə siyasi əlaqələrin genişləndirilməsi və mədəniyyətlərarası dialoqun aparılması ilə bağlı idi. Yaxın vaxtlarda Avropa İttifaqı ilə strateji əməkdaşlıqla bağlı sənədin imzalanması gözlənilir. Səfər çərçivəsində əldə olunmuş razılıqlar bilavasitə həmin bu sənədin bəndlərinə tam uyğundur”.
İ.Vəlizadə bildirib ki, səfər tərəflər arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək: “Bu səfər Avropa İttifaqı ilə olan münasibətlərə kifayət qədər müsbət təsir göstərəcək. Çünki İtaliya iqtisadiyyatına görə Avropa İttifaqında təxminən üçüncü yerdədir. Əlbəttə ki, bu cür nəhəng iqtisadiyyatı olan ölkə ilə münasibət qurmaq bizim üçün mühüm amildir. Həmçinin, Avropada Azərbaycanın nüfuzunun artması baxımından vacib səfərdir. Bundan əlavə, İtaliya "Böyük Yeddilik" ittifaqına daxil olan ölkələrdən biridir. Bu mötəbər qurumda İtaliyanın kifayət qədər uğurlu mövqeyi var. Əlbəttə ki, Azərbaycanla münasibətlərin yaxşı olması imkan verəcək ki, həm Avropa İttifaqının, həm G7-nin, həm də digər təsisatların ölkəmizə qarşı mövqeyi müsbətə doğru dəyişsin”.
İlqar Vəlizadə tərəflər arasında imzalanan Birgə Bəyannamənin vacibliyinə də toxunub: “Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən sənəddir. Bu bəyannamə Azərbaycanın digər ölkələrlə belə bir adda imzaladığı ilk sənəd olması, o cümlədən, “Böyük Yeddiliy"in üzvü olan ölkə ilə imzalanması nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Bu sənəddə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər öz əksini tapıb. Əsasən, münaqişənin tənzimlənməsi ilə bağlı fikirlər bəyannamədə yer alıb. Bu da bizim üçün çox əhəmiyyətlidir. Sənəddə qeyd olunub ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin dünyada qəbul olunmuş norma və prinsiplər əsasında həll olunmasını istəyir. Bu tip sənədlər nə qədər çox olarsa, Avropa məkanında biz bir o qədər onların dəstəyinə arxalana bilərik. Ələxsus, bizim ərazi bütövlüyümüzn təmin olunması prizmasından vacibdir. Həmin sənəddə digər müddəalar var ki, onlar da bizim üçün çox əhəmiyyətlidir. Müddəalarda göstərilir ki, Azərbaycan İtaliya üçün regionda ən vacib partnyordur. Eyni zamanda, Azərbaycan üçün İtaliya Avropa məkanında çox vacib bir oyunçudur”.
Politoloq səfərin praktiki nəticələrinin müsbət nəticələr verə biləcəyi istiqamətdən də söz açıb: “Bu səfərin praktiki nəticələrinə gəldikdə, ilk olaraq, iqtisadi və mədəni sahələrdə inkişafı qeyd etməliyik. Belə ki, iqtisadi sahədə bizim çoxlu imkanlarımız var. Azərbaycan İtaliyanın ən yaxşı neft təchizatçısı kimi çıxış edir. TAP layihəsi həyata keçiriləndən sonra Azərbaycan İtaliyanın əhəmiyyətli qaz təminatçısına çevriləcək. Amma digər sahələr də var ki, burada ikitərəfli münasibətlər qurulsa, hər iki tərəfə müsbət təsir göstərəcək. Nümunə olaraq yüksək texnologiyalar, turizm, yüngül sənaye, kənd təsərrüfatı, yeyinti, neft-kimya, neft-maşınqayırma sahələrini qeyd edə bilərik. Burada birgə fəaliyyətin sürətlənməsi imkan verəcək ki, həm Azərbaycan malları İtaliya və Avropa bazarına çıxsın, həm də İtaliyanın malları geniş çeşiddə, nəinki, Azərbaycan bazarına, həm də region bazarına daxil olsun. İki tərəfi birləşdirən nəqliyyat dəhlizlərinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı olan məsələ də əhəmiyyət kəsb edir. Bundan başqa, idxal-ixrac əməliyyatlarının aparılması üçün Azərbaycanın iştirakı ilə regionda çox mükəmməl nəqliyyat rabitələri qurulub. Bu yollar Türkiyə vasitəsilə Aralıq dənizyanı ölkələri birləşdirir”.
Məhərrəm Əliyev
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...