Nida Təhlil
Azərbaycanda koronavirusa yoluxmanın ikinci dalğası başlaya bilər - Professordan ŞOK AÇIQLAMA
Subklinik, yəni əlaməti olmayan xəstələri ev karantininə götürmək məsləhətdir.
Bunu Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
Professor bildirib ki, xaricdən gələn və heç bir xəstəlik əlaməti olmayan şəxsləri də 2 həftə evdə karantinə götürmək lazımdır: “Buna görə insanları aparıb xüsusi yerlərə yığmaq lazım deyil. Əksinə bu zaman xəstələnmək təhlükəsi də artır”.
Adil Qeybulla əlavə edib ki, aprelin ortalarına qədər yoluxmanın pik dövrü yaşana bilər: “Əgər karantin rejiminin şərtlərinə əməl olunubsa, bundan sonra yavaş-yavaş stabilləşmə və enmə müşahidə edəcəyik. Yox əgər şərtlər pozularsa, ölkədə ikinci dalğa ola bilər. Artıq dünyada koronavirusa təkrar yoluxanlar var. Ona görə də profilaktik tədbirlər, xüsusilə də sosial izolyasiya, yəni insanların evdə qalması, mümkün qədər təmasların məhdudlaşdırılması profilaktikada ən mühüm şərtdir”.
Professor qeyd edib ki, koronavirusun inkubasiya dövrü 2 həftədən 4 həftəyədək çəkə bilər: “Əgər 10-12 həftə müddətində lazımi tədbirlər görülərsə, infeksiyanı lokallaşdırmaq olar. Təbii ki, sərhədlərin bağlanmasından öncə ölkəyə gələn insanlarda yoluxma halları müşahidə edilirdi. Daha sonra ölkə daxilində yaşayanlarda da oxşar hal baş verdi”.
Tağı Həsənov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)









.jpg)

















.jpg)
.jpg)

