Nida Təhlil
Ermənistanın "seçki" şousu siyasi fiaskoya uğradı - Deputat
"Beynəlxalq və regional təşkilatların, o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana olan münasibəti kimi qiymətləndirilə bilər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində "seçki" keçirmək cəhdi bir daha siyasi fiaskoya uğradı və işğalçı rejimin özünü ifşasına səbəb oldu: "Beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının əsas səbəbi işğalçı Ermənistanın və qondarma rejimin işğalı legitimləşdirmək istəyi idi. Ancaq bu baş tutmadı. Mart ayının 31-də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınanaraq pisləndi. Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq qurumlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir".
H.Babaoğlu beynəlxalq strukturların Ermənistanın "seçki" saxtakarlığına olan mövqeyini belə ifadə edib: "Türk Şurası, Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənistanın işğalçılıq siyasətinin və status-kvonu legitimləşdirmə cəhdinin baş tutmayacağını bir daha göstərmiş oldu. Bu sırada regionun, dünyanın aparıcı dövlətlərinin nümayiş etdirdiyi mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır.
Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma "seçki" və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir. Şübhəsiz ki, adlarını çəkdiyimiz beynəlxalq, regional təşkilatların, o cümlədən, müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana olan münasibəti kimi qiymətləndirilə bilər.
Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan, dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir. Ona görə də işğalçı Ermənistan və qondarma rejim "seçki" şousu yaratmaqdansa, işğal olunmuş ərazilərimizdən çıxmaq barədə düşünsə daha yaxşı olar. Onsuz da Azərbaycan öz hərbi-siyasi gücü ilə Ermənistanı buna məcbur edəcək".
Məhərrəm Əliyev
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO









.jpg)










.jpg)







.jpg)










