Nida Təhlil
"Ermənistanın "seçki" oyunu beynəlxalq dairələr tərəfindən dəstəklənmir" - Şərh
"Dünya üçün qəbul olunan variant Qarabağda hər hansı hüquqi siyasi prosesin Azərbaycan Konstitusiyası və qanunlarına əsasən keçirilməsidir".
Bunu Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejim rəhbərliyi bütün əlaqədar, mötəbər, beynəlxalq təşkilatların, Qarabağ probleminin həlli ilə birbaşa məşğul olan Minsk Qrupu həmsədrlərinin yekdil etiraz rəyinə baxmayaraq, qanunsuz və əsassız "seçki" oyununu davam etdirir: "Bu "seçki"lərin heç biri beynəlxalq birlik tərəfindən tanınmayıb. Sözsüz ki, bu Ermənistan və Qarabağ rəhbərliyinin qondarma rejimi dünyada tanıtmaq üçün ortaya atdığı bir oyundur. Ermənistana və qondarma "Dağlıq Qarabağ Respublikası"na dünyada demokratik imic qazandırmaq üçün düşünülmüş ucuz siyasətdir.
İllərdən bəri Ermənistanın və qondarma rejim rəhbərliyinin apardığı siyasət hər dəfə iflasa uğrayıb. Azərbaycanın ərazi bütövlüyü və sərhədləri beynəlxalq miqyasda qəbul edilib. Ermənistan rəhbərliyi bu "seçkilər"ə konstitusion və legitim hüquqi əsaslar geyindirməyə, qanuni çərçivə cızmağa çalışsa da, beynəlxalq birlik birmənalı şəkildə buna etiraz etdi. Bildirdi ki, Qarabağda keçirilən "seçkilər" ümumən Qarabağ probleminin həlli üçün hər hansı hüquqi baza yarada bilməz".
Aydın Quliyev Dağlıq Qarabağdakı qondarma "prezident seçkiləri"nin ikinci turunun da əsassız və beynəlxalq dairələr tərəfindən dəstəksiz olduğunu vurğulayıb: " "Seçki"lərin ikinci turu da birinci kimi qeyri-legitimdir. Beynəlxalq təşkilatların birinci tura olan kəskin münasibəti əslində ikinci turun da tanınmaması üçün nəzərdə tutulmuşdu. Eyni zamanda, bu qondarma "seçkilər"in Dağlıq Qarabağın daxili müxalif qüvvələri tərəfindən boykot edilməsi o deməkdir ki, ikinci tur da beynəlxalq dairələr tərəfindən tanınmayacaq".
Məhərrəm Əliyev
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO









.jpg)










.jpg)







.jpg)










