Nida Təhlil
"Status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq" - ŞƏRH
"Azərbaycan işğal edilmiş ərazilərində baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafiq operativ reaksiyalar verir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, "seçki" şouları ilə işğal faktını ört-basdır etmək niyyəti baş tutmayacaq: "Doğrudur, bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil.
Qondarma rejimin "seçki" oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini müəyyənləşdirən ölkələr tərəfindən pisləndi. İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən "seçki" oyunu təkrarlanır. Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart "seçkiləri"nə verilən qiymət avtomatik olaraq onun davamına da şamil edilir. Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə, bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnəcək".
Məhərrəm Əliyev
-
Magazin207:4757 yaşını 500 karatlıq brilyantla qeyd etdi - FOTO
-
İdman06:46Həbib MMA-da bu qaydanın dəyişməsini istəyir
-
Magazin206:16Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var






































