Nida Təhlil
Azərbaycan beynəlxalq münasibətlərdə sözünü dedi - Musa Qasımlı
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın, etimadın göstəricisidir.
Bunu Publika.az-a açıqlamasında deputat Musa Qasımlı deyib.
Deputat bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında videokonfrans formatında Zirvə görüşünün keçirilməsi beynəlxalq münasibətlər və dünya tarixində bir ilkdir:
"Böhranlı şəraitdə dövlət başçımızın belə bir görüşü keçirməsi göstərdi ki, ən çətin anlarda Azərbaycan öz öhdəsinə düşən işi görür. Zirvə görüşündə iştirak edən beynəlxalq və regional təşkilatların rəhbərlərinin Azərbaycanın rolunu qiymətləndirməsi fərəhləndirici idi. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundular. Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.
Hesab edirəm ki, belə bir Zirvə görüşünün keçirilməsi ilə Azərbaycan beynəlxalq münasibətlərdə sözünü dedi. Həmçinin, digər ölkələr bizim təcrübəmizdən yararlana bilərlər".
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)









.jpg)

















.jpg)
.jpg)

