“İlham Əliyev erməni faşizminin bütün təzahürlərini dünyaya təqdim etdi” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“İlham Əliyev erməni faşizminin bütün təzahürlərini dünyaya təqdim etdi” - ŞƏRH

"Azərbaycanın Böyük Vətən Müharibəsində iştirakı ilə bağlı mənbələrə baxanda ermənilər tərəfindən kütləvi saxtalaşdırmaların şahidi oluruq. Ölkə başçısı İlham Əliyevin fikirləri ilə tamamilə razıyam ki, yenidən bu tarixə baxıb həqiqəti yazmaq lazımdır. Çünki Azərbaycanın 700 minə yaxın vətəndaşı bu müharibədə iştirak edib. Onlardan böyük əksəriyyəti həyatını itirib. Azərbaycan faktiki olaraq İkinci Dünya Müharibəsində hər iki nəfərdən birini qurban verib. Rəsmi şəkildə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İnsanlar böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək həyatlarını bu yolda fəda ediblər. Bu tarix saxtalaşdırılmamalıdır”.

Bunu Prezident İlham Əliyevin Rusiyanın “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsini şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Publika.az -a açıqlamasında bildirib.

Fond rəhbəri qeyd edib ki, faşizm üzərində qələbədə ölkəmizin xüsusi payı olub. Hüquqşünas ermənilərin faşizmin tərəfində onlarla bərabər vuruşmuş insanları qəhrəman kimi qələmə verdiklərini və bunun yolverilməz olduğunu bildirib:

“Ölkəmiz həm iştirak və qurbanlar baxımından fərqlənirdi, eyni zamanda sərvətlərini bu yola yönəltmişdi. Demək olar ki, hər bir tank və təyyarə Azərbaycandan gedən yanacaqla hərəkət edirdi. Ölkəmiz bu yolda həm insani baxımdan, həm də maddi baxımdan çox böyük sərvətlər qoyub. Amma ermənilərin tarixi saxtalaşdırmaları onların təbii halıdır. Ermənilər hər zaman faşizmin tərəfində vuruşmuş insanları qəhrəman kimi qələmə veriblər. Bunu o ölkə edir ki, o, Rusiyanın əsas müttəfiqlərindən biridir. Eyni zamanda Ermənistan bu gün də özünün təcavüzkarlıq və faşist siyasətini davam etdirən bir ölkədir. Ona görə də Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyanla bağlı dedikləri onun faşizmin cəlladlarından biri olduğunu ortaya çıxardı. Hətta bu hadisələrdən əvvəl onun azərbaycanlılara qarşı qətliamlarda iştirak etməsi faktı müşahidə edildi. Cənab Prezidentin çıxışlarından sonra həmin abidə Rusiya ərazisindən götürüldü”.

Əliməmməd Nuriyev əlavə edib ki, biz hər bir halda, hər vəziyyətdə çalışmalıyıq ki, erməni faşizminin bütün təzahürlərini həm dünyaya təqdim edək, həm də onların əsl xüsusiyyətlərini göstərək:

“Bu baxımdan da hesab edirəm ki, ölkə başçısı tərəfindən səsləndirilən fikirlər çox qiymətlidir. Doğrudan da tarixçilərimiz Azərbaycanın İkinci Dünya Müharibəsində, faşizmə qarşı qələbədə iştirakı ilə bağlı məsələlərə yenidən baxmalıdırlar və bütün həqiqətləri ortaya qoymalıdırlar. Çünki yetərincə arxiv sənədləri vardır. Rusiya tərəfi SSRİ-nin arxivlərini tamam açır. Bununla bağlı məsələlərdə ciddi normatlar təqdim etmək mümkündür. Bu normatlar əsasında da bütövlükdə obyektiv bir tarix yazmaq olar. Hər bir azərbaycanlının ailəsindən bir itki var. Kəndlərə baxsaq hər birində bununla bağlı abidələr var. Bunların hər biri böyük bir tarix yazıb. Soydaşlarımız səngərlərdə faşistlərlə mübarizə aparıblar. Bundan əlavə, arxa cəbhədə, Avropanın müqaviət hərəkatında faşizmə qarşı mübarizədə iştirak ediblər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm